19.02.2025, 14:45
156 baxış
Nailə
Borrell: ABŞ-la AB boşanır
Donald Tramp üçün Avropa bir antimodeldir. Baş verənlər Atlantik okeanının iki tərəfi arasında razılaşdırılmamış bir boşanma, dərin və ideoloji parçalanmadır.
Axar.az xəbər verir ki, bu sözləri AB-nin sabiq baş diplomatı Jozep Borrell “Cadena SER” radiostansiyasına müsahibəsində deyib.
Borrell ABŞ-ı Qərbin mövqeyini zəiflətməkdə ittiham edib:
“Birləşmiş Ştatlar altı ay Ukraynaya yardımla bağlı fikir ayrılığı yaşamasaydı, vəziyyət başqa cür ola bilərdi”
Paylaş: