Medianews.az
Dəhşətli hadisə: <span style=color:red> Anasını şərflə BOĞDU
156 baxış

Dəhşətli hadisə: Anasını şərflə BOĞDU

Türkiyədə psixoloji problemləri olduğu iddia edilən 26 yaşlı oğlan 56 yaşlı anasını şərflə boğaraq öldürmək istəyib. Medianews.az “Mynet”ə istinadən xəbər verir ki, hadisə fevralın 16-sı, İstanbulun Maltəpə bölgəsində baş verib. Ana və oğul arasında mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra oğlan şərflə anasını boğmağa başlayıb. Qadın huşunu itirərək yerə yıxılıb. Anasının öldüyünü düşünən oğlan qonşusunun qapısını döyüb “anamı boğdum” deyib və kömək istəyib. Qadın xəstəxanaya aparılıb. Onun vəziyyəti ağırdır. Oğlan nəzarətə alınıb. Medianews.az

Bizə qoşulun