05.01.2025, 13:59
100 baxış
Nailə
“Fənərbaxça” Talişkanın transferini bitirdi
Türkiyənin “Fənərbaxça” klubu 2025-ci ildə ilk transferini həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
İstanbul təmsilçisi “Əl-Nəsr”dən Anderson Talişkanın keçidini həll edib.
Braziliyalı yarımmüdafiəçinin keçidi Türkiyədə qış transfer pəncərəsinin başlayacağı 13 yanvar tarixində açıqlanacaq. 30 yaşlı futbolçu “Fənərbaxça”da illik 7,5 milyon avro maaş alacaq.