Medianews.az
2025-ci ildə pensiya alanların sayı
96 baxış

2025-ci ildə pensiya alanların sayı AÇIQLANDI

Pensiya təminatı sahəsində 2025-ci ildə ciddi dəyişikliklər qeydə alınmayıb və göstəricilər əsasən sabit qalıb. İl ərzində pensiya alanların sayı 1 milyon 98 min 651 nəfər təşkil edib. Bu da əvvəlki dövrlə müqayisədə cüzi fərqlə xarakterizə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Qeyd olunub ki, 2025-ci ildə pensiya xərclərinin ümumi həcmi 7,15 milyard manat olub. Bu məbləğ sosial xərclər strukturunda əhəmiyyətli paya malikdir və dövlətin sosial öhdəliklərinin əsas istiqamətlərindən birini təşkil edir:

“Orta aylıq pensiyanın ötən il daha 9 faiz artaraq 543 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın 578 manata çatıb. Pensiyalarda artım dinamikasının bu il də davam edəcək”.

Bizə qoşulun