28.12.2024, 09:41
218 baxış
Lamiyə
Naringinin təhlükələri barədə XƏBƏRDARLIQ
Diyetoloq Sofya Eliaşeviç naringi yeməyin fəsadları barədə xəbərdarlıq edib.
Medianews.az həkim bildirib ki, naringi fruktoza və turşu ilə zəngindir, ona görə də onları çox yemək qarın ağrısı, şişkinlik, nəcis problemi yarada bilər.
Ürək yanması və boğazda narahatlıq da baş verə bilər.
"Yüksək fruktoza tərkibinə görə, naringilər qan şəkərinin səviyyəsində kəskin "sıçrayışlara" səbəb ola bilər ki, bu da diabetdən əziyyət çəkən insanlar üçün xüsusilə vacibdir", - deyə o bildirib.