25.12.2024, 15:49
157 baxış
Azad
Hər üç Qırğızıstan vətəndaşı sağ qalıb
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb.
Medianews.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən bildirilib.
"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində üç Qırğızıstan vətəndaşı xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır", - Qırğızıstan XİN-in yaydığı məlumatda qeyd olunub.