Medianews.az
Bu gün heç bir yaralı və ölənlərin nəşi Azərbaycana gətirilməyəcək - <span style=color:red>RƏSMİ
133 baxış

Bu gün heç bir yaralı və ölənlərin nəşi Azərbaycana gətirilməyəcək - RƏSMİ

"Bu gün heç bir yaralı və ölənlərin nəşi gətirilməyəcək". Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Hava Limanının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib. O bildirib ki, zərərçəkmişlərin birinci dərəcəli ailə üzvləri Baş Prokurorluğun Dərnəgüldə yerləşən korpusuna yaxınlaşıb qan analizi verirlər: "Lakin onların nə zaman gətirilmələri ilə bağlı məlumat yoxdur və hazırda bu istiqamətdə araşdırma gedir. Hadisə ərazisində baş verdiyi üçün Qazaxıstan tərəfi araşdırma aparmalıdır ki, bu barədə məlumat olsun".

Bizə qoşulun