25.12.2024, 17:25
180 baxış
Azad
Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında xəsarət alanlara baş çəkib - VİDEO
Qazaxıstana ezam olunmuş Azərbaycan nümayəndə heyəti Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında xəsarət alanlara baş çəkib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, nümayəndə heyəti xəstəxanalarda müalicə alan yaralılarla görüşərək, onların vəziyyəti ilə maraqlanıb. Xəstəxana rəhbərliyi ilə keçirilən görüşdə yaralıların müalicəsi ilə bağlı əlavə tədbirlərin görülməsi müzakirə olunub.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.