Medianews.az
Azərbaycan mətbuat tarixinin <span style=color:red>GÖRKƏMLİ TƏDQİQATÇISI - FOTOLAR
270 baxış

Azərbaycan mətbuat tarixinin GÖRKƏMLİ TƏDQİQATÇISI - FOTOLAR

Bu gün Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Medianews.az xəbər verir ki, konfransın davamı kimi Jurnalistika fakültəsində "Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları", "Klassik publisistika və müasirlik", "Şirməmməd Hüseynov - Azərbaycan mətbuat tarixinin görkəmli tədqiqatçısı kimi" mövzularda bölmə iclasları keçirilib. İclasda Jurnalistika fakültəsinin tələbə-müəllim heyəti, həmçinin Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör iştirak və çıxış edib. Məruzələrdə böyük alim Şirməmməd Hüseynovun millətinə, xalqına xidmətindən, Azərbaycan jurnalistikasına töhfələrindən geniş bəhs edilib.  

Bizə qoşulun