Medianews.az
DÇ-2034-ün finalı bu stadionda <span style=color:red>KEÇİRİLƏCƏK
183 baxış

DÇ-2034-ün finalı bu stadionda KEÇİRİLƏCƏK

DÇ-2034-ün final oyununun keçiriləcəyi stadion bəlli olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb. Mundialın həlledici görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adına stadionda keçiriləcək. Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5 şəhərin 15 stadionu dünya çempionatı oyunlarına ev sahibi olacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.

Bizə qoşulun