Medianews.az
“Atlılar” “şirlər”lə ÜZ-ÜZƏ: <span style=color:red>Həlledici qarşılaşmanın QALİBİ KİM OLACAQ? - FOTO
135 baxış

“Atlılar” “şirlər”lə ÜZ-ÜZƏ: Həlledici qarşılaşmanın QALİBİ KİM OLACAQ? - FOTO

Bu gün Azərbaycanın “Qarabağ” futbol komandası növbəti vacib oyununa çıxır. Ağdam təmsilçisinin Avropa Liqasının 5-ci turundakı rəqibi Fransanın ən güclü və köklü klublarından sayılan “Lion”dur. Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Maraqlıdır, bu oyunda “atlılar”ın qalib gəlmə şansı hansı səviyyədədir? Qalibiyyət komandamıza hansı imkanları yaradacaq? Mövzu ilə bağlı Medianews.az-a danışan idman şərhçisi Kənan Məstəliyev bildirib ki, Avropa Liqasının əsas mərhələsinin 5-ci çərcivəsində keçiriləcək “Qarabağ” - “Lion” qarşılaşması çox vacibdir. Onun sözlərinə görə, bu matçda qazanılacaq xal və ya xallar “Qarabağ”ın növbəti play-off mərhələsinə çıxması yolunda böyük addım olacaq: “Rəqib çox güclüdür. Rəqibin heyətində çox güclü adlar var. Çox kefiyyətli futbolçulardan qurulmuş kollektivdir. “Lion” kimi komandanın Bakıya gəlməsi və onunla bizim başa-baş oynaya bilməyimizin özü bir mahiyyət daşıyır. “Lion”nun oyunu əslində təhlükəli tərzdir. Hücum futbolu oynayırlar. Belə bir üstünlükləri də var ki, onlar ikinci mərtəbədə, yəni hava toplarında güclüdürlər. Eyni zamanda top saxlamağı da xoşlayırlar və uzaqdan zərbələrə, qapıya qol vurmağa yönəlmiş bir futbol nümayiş etdirirlər. Bir sözlə, hücumu mütləq şəkildə məntiqli sonluğa çatdırmağa çalışırlar”. İdman şərhçisi “Qarabağ”ın da təcrübəli komanda sayıldığını, Avropa kubok döyüşçüsü olduğunu diqqətə çatdırıb: “Qarabağ” belə rəqiblərlə dəfələrlə oynayıb. Onlara qalib də gəlib, bərabərə də qalıb. Bu baxımdan “Qarabağ”ı nə komandanın adı, nə də onun heyətindəki futbolçular qorxutmur. Çünki komanda belə sınaqlardan çox çıxıb. Qurban Qurbanov oyunu anliz etdiyini oyun öncəsi mətbuat konfranında da qeyd etdi. Mən inanıram ki, məhz belədir, o, artıq necə oynamağın yolunu tapıb. Fikrimcə, biz yarımmüdafiə xəttində, xüsusilə də dayaq və mərkəz yarımmüdafiə nöqtəsində etibarlı oynasaq “Lion”la başa-baş oynaya bilər, xal və xallar qazana bilərik. Bu matçda Benzia və Yankoviçin üzərinə böyük yük düşəcək, onların oyunundan çox şey asılı olacaq. Mən düşünürəm ki, “Qarabağ”ın oyunu alınarsa, Qurban Qurbanovun planı 50-60 faiz həyata keçərsə, biz “Lion”u Bakıdan xalsız yola sala bilərik. Qələbə bizim üçün çox vacib əhəmiyyət daşıyacaq. Bir qələbə bizi play-off mərhələsinə çıxma yolunda çox irəli, böyük pillələrlə qabağa atacaq. Ən əsası isə bu yolda çox böyük üstünlük əldə edəcəyik”. Nailə QASIMOVA

Bizə qoşulun