Medianews.az
Qərb Ukrayna cəbhəsində LƏNGİYİR: <span style=color:red>Putin fürsətdən istifadə edərək...
67 baxış

Qərb Ukrayna cəbhəsində LƏNGİYİR: Putin fürsətdən istifadə edərək...

“Rusiya Prezidenti Vladimir Putin Qərbin ləngliyindən maksimum yararlanmağa çalışır. Bəziləri düşünə bilər ki, Putinin Şimali Koreya hərbi qüvvələrini Ukrayna müharibəsinə cəlb etməsi yalnız Rusiyanın hərbi potensialının zəifləməsi ilə bağlıdır. Yəni Rusiya ordusu Ukraynanın şərqində işğal zonasını genişləndirərkən Putinin Kursk vilayətini azad etmək üçün əlavə hərbi qüvvəyə ehtiyacı olub və Kreml sahibi bu məqsədlə Şimali Koreyaya müraciət edib. Bunda həqiqət payı var, hətta Rusiya bunun əvəzinə Şimali Koreyaya ərzaq yardımı söz verib”. Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Kremlin Şimali Koreyanı müharibəyə birbaşa cəlb etməsinin başqa məqsədi də var. Politoloqun qənaətincə, Putin bununla ABŞ və Avropa İttifaqını müttəfiqi Ukraynanı qoruya bilmədiyini nümayiş etdirib: “Putin demək istəyib ki, Rusiya uğrunda döyüşmək istəyən dövlət varkən, NATO ölkələri Ukraynanı yalnız sözdə dəstəkləyirlər. Elə Ukrayna Prezidenti Volodimir Zelenski də təxminən eyni fikirdədir. Zelenskinin sözlərinə görə, Qərb liderləri Ukraynanı NATO üzvlüyünə qəbul etməmələri bir yana, sadəcə rəsmi dəvət ifadəsindən də çəkinirlər. “Bu, ədalətli deyil. Sadəcə yox deməyin bir yoludur”, - söyləyən Zelenski Ukraynaya səmimi cavab verilmədiyi qənaətindədir”. E.Şahinoğlu deyib ki, Ukraynanın ərazi bütövlüyünü təmin edib-etməməsi ABŞ-də prezident seçkisinin nəticəsindən asılıdır: “Ukraynanın yalnız öz resursları hesabına torpaqlarını geri qaytara biləcəyi sual altındadır. Ukrayna ordusu Rusiya ilə yanaşı, liderlərinə fanatikcəsinə bağlı olan Şimali Koreya ordusu ilə də savaşmaq məcburiyyətindədir”. Kamilə ORUCOVA

Bizə qoşulun