Medianews.az
“Dərhal hərəkətə keçəcək” – Orban Trampın müharibə planını açıqladı
160 baxış

“Dərhal hərəkətə keçəcək” – Orban Trampın müharibə planını açıqladı

“Tramp dərhal hərəkətə keçəcək, ona görə də biz Avropa liderləri olaraq vaxt itirə bilmərik”. Medianews.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bildirib. Onun sözlərinə görə, Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Ukraynada müharibəyə son qoymaq məqsədilə tədbirlər görmək üçün inauqurasiyasını gözləməyəcək. “Çünki adətən olduğu kimi, seçki ilə yeni prezidentin andiçmə mərasimi arasında iki-üç aylıq müddət olmayacaq. Biz ilk növbədə intellektual, fəlsəfi, sonra strateji, daha sonra isə mümkün qədər tez fəaliyyət səviyyəsində cavab verməliyik”, - Baş nazir deyib. Ayşən

Bizə qoşulun