Medianews.az
“Hizbullah”ın yeni lideri <span style=color:red>o oldu
99 baxış

“Hizbullah”ın yeni lideri o oldu

“Hizbullah” hərəkatına yeni lider təyin edilib. Medianews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hərəkatın yeni Baş katibi postuna Haşem Safi ad-Din seçilib. O, sentyabrın 27-də Beyruta aviazərbələr nəticəsində ölən “Hizbullah” lideri Həsən Nəsrullahın yaxın qohumudur. Haşem Safi ad-Din bu təyinatdan əvvəl hərəkatın İcra Şurasının rəhbəri olub. Xatırladaq ki, “Hizbullah” hərəkatının Mətbuat xidməti Həsən Nəsrullahın İsrail ordusunun endirdiyi aviazərbələr nəticəsində həlak olduğunu təsdiq edib.

Bizə qoşulun