24.09.2024, 12:13
81 baxış
Lamiyə
“Zelenskinin planı əslində dünya müharibəsi planını əks etdirir”
Ukrayna prezidenti Volodimir Zelenskinin Amerika lideri Co Baydenə təklif edəcəyi “qələbə planı” əslində dünya müharibəsinə başlamaq planıdır.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın deputatı Sevim Dağdelen X sosial şəbəkəsindəki hesabında yazıb.
“Zelenskinin nüvə enerjisi üzərindəki “qələbə planı” dünya müharibəsi planıdır. Ukraynanın “qələbəsi” üçün ABŞ və NATO ölkələri Ukraynadakı müharibədə tam iştirak etməlidir”, - deyə siyasətçi bildirib.
Dağdelen vurğulayıb ki, alman əhalisinin əksəriyyəti bu cür təşəbbüslərə qarşıdır və münaqişəyə tez son qoyulmasını istəyir. Onun fikrincə, Almaniyada hakim koalisiya “çoxluğu görməzlikdən gəlməyi” dayandırmalı və cəmiyyətin real istəklərinə uyğun xarici siyasət yürütməyə başlamalıdır.
Lamiyə