Medianews.az
Qubada mikroavtobus QƏZASI: <span style=color:red>1 ölü, 12 yaralı var
157 baxış

Qubada mikroavtobus QƏZASI: 1 ölü, 12 yaralı var

Qubada ağır yol qəzası olub. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində başverib. "Ford" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizə qoşulun