Bazar ertəsi, 29 May 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Xalça qiymətinə alça

Samir Sarı
28/03/2023 10:36
59
BAXIŞ
FacebookTwitterTelegram

Başlıqda şişirtmə-filan yoxdur, inanmayan yolunu Sədərəkdəki və ya Babək prospektindəki xalça dükanlarından salsın, orada 195 manata, hətta daha ucuz qiymətə xalçalar görəcək. İkisini alsa, daha ucuz verərlər.

195 manat bir şey deyil, 1 kilo alçanın qiymətidir. Burada da yalan söhbət yoxdur. Şəkildə hər şey aydın görünür. Adı çəkilməyən, amma qiymətləri görünən market həmin alçadan 20-22 dənəsini (360 qram) şəffaf plastik qaba doldurub, qiymətini də yazıb, yapışdırıb üstünə – 70, 20 manat. (Ola bilər, axırdakı 20 qəpik plastik qabın puludur, alçaya dəxli yoxdur).

Əlbəttə, başqa illərdə də alçanın bu qiymətə, daha baha, 400 manata olduğu da olub. Çünki bu vaxtlar alçanın tarçıx vaxtı deyil, nadir tapılır. Amma alçaya yerikləyən hamilə xanımlar üçün sezon-mezon fərqi yoxdur, ürək istəyirsə, alça gəlməlidir.

Alça mütləq gəlməlidirsə və o şəhərdə yalnız bir-iki adamın əlindədirsə, o zaman niyə ucuz olmalıdır? Ürəyi istəyən qoy, 200 manata alsın. Bir kilo ala bilmirsə, 360 qram alsın. Bəlkə də tanışlıqla, 100 və ya 50 qram da almaq olar. Bir şey ki, heç kəs bunu yyeib doymaq üçün almır, ürək qarşısıalınmaz halda istədiyi üçün alır. Ta burasını ancaq yerikləyənlər bilər.

Mağaza sahibi və ya alçanın topdansatışı ilə məşğul olan sahibkar qiymətin fantastikliyindən gileylənənlərə bircə kəlmə deyə bilər ki, ürəyiniz istəmir, almayın, sizi məcbur edən yoxdur.

337536110_3060816454214547_8352462209579219816_n.jpg (71 KB)

Təbii ki, belə deyərlər və haqlı görünərlər. Kapitalizmdir. Kommersiya dünyasıdır.

Amma bu, nəyə oxşayır? Elə bil bir uzaq rayondur, dağ başıdır, qar hər yanı basıb, yollar bağlanıb və qəsəbədə bir nəfərin kor bağırsağının üçüncü sancısı tutub, partlamasına az qalıb. Qəsəbədəki xəstəxananın yeganə cərrahı da dirəşib ki, 10 min manat verin, xəstəni əməliyyat edim. Variant yoxdur. Əlac kəsilib. Gərək versinlər. İndi həmin cərrah vicdansızdır, ya deyil?

Yəni söhbət alçanın, ya da nəyinsə bahalığından getmir, söhbət insanların ehtiyacından sui-istifadə edərək hansısa bir əmtənin 200 (hətta 400) qat baha sırınmasından gedir.

Alça nədir ki? Heç nə. İki aydan sonra kilosu 2 manat olacaq, ondan 10 gün də keçəcək kilosu 50 qəpiyə düşəcək. Daha sonra onu ağacdan dərib əlini tikana deşdirən, bazara aparıb su qiymətinə satan da olmayacaq, eləcə ağacın üstündə qalıb, saralacaq, qızaracaq və yerə töküləcək (hərçənd ola bilər, ağac sahiblərinin içində qabiliyyətliləri də olacaq, alçanı çadıra çırpıb 40 litrlik bidonlara dolduracaq və alça arağı çəkəcək).

Bu 2-3 aydan sonra olacaq, amma indi alçanın 1 dənəsi təxminən 3 manatdır. Üç dənəsini duzlayırsan, atırsan ağzına, xırçıldadırsan, 9 manat gedir. Sizi iştaha gətirmək olmasın, alça elə şeydir ki, başladınsa, gərək azı 5 dənəsini yeyəsən – dişin qamaşana qədər.

Özü də möhtəkirliyin bu növü tək bizdə deyil, bu, beynəlxalq məsələdir. Çünki dünyanın hər tərəfində turş şeyə yerikləyənlər olur və turş şeylərin şahı alçadır. Məşhur türkiyəli aktyor Əsər Yenənlərin bahalı alçaya dair bir videoçarxı var: toyunda gəlinin boynuna alça kolyesi asır, sonra onun da sinəsinə “çeyrək altın” yerinə 1 dənə alça bağlayırlar. Yəni alça bu qədər qiymətlidir.

Biz yerə 1 mm (millimetr) qar düşən kimi 1 manatlıq yolu 5-10 manata qaldıran taksi sürücülərinin həmşəhərlisi olduğumuz üçün belə şeylərə təəccüblənmirik (yeri gəlmişkən, bəlkə də son illər sırf o kəmfürsətlərün üzündən Bakıya qar yağmır). Hətta yaşıl rayonlardakı “ailəvi istirahət mərkəzi”ndə bir quzunun kababının qonaqlarımıza bir cöngənin qiymətinə sırınmasına da təhəmmül edərik.

Xüləs, imkan verək, camaat pul qazansın. Ta bilmirəm bu nə dərəcədə “əsaslandırımış qiymətlər” qrafasına girir və belə şeylərin bir sorğu-sual edən idarəsi varmı.

Bu mövzuda kəndimizdə olmuş bir əhvalat var. Deməli, sovet vaxtı rəhmətlik kirvəmiz C. müəllim öz maşını ilə dörd nəfəri rayon mərkəzinə aparırmış. Birdən arxada oturanlardan biri deyir, xəbəriniz var də, filankəsin oğlu filankəsin qızını qaçırıb. Heç demə, qaçırıldığı deyilən qız da öndə oturan ağsaqqalın bacısı qızıymış. Ağsaqqal qayıdıb deyir, balam ağıllıdır, qoşulub qaçmaz. Baməzə cavabları ilə məşhur olan kirvəmiz deyir, əşi, nə qaçmaz, qızın ürəyi turş alça istəyir e, artıq. Bu söz onun ağzından çıxan kimi ağsaqqal şilləni tutuzdurur.

DAHA ÇOX OXU

Flash

Sılanın Bakıdakı konsertindən FOTOREPORTAJ

29/05/2023 23:29
1-MANŞET

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

29/05/2023 23:16
1-MANŞET

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi – FOTOLAR

29/05/2023 23:06
Dünya

Putin və Ərdoğan telefonla danışıb

29/05/2023 22:25
1-MANŞET

Qadınlar kimdənsə xoşu gəldiyini necə büruzə verir? – Psixoloq SİRLƏRİ AÇIQLADI

29/05/2023 22:07
Flash

Taekvondo üzrə dünya çempionatında ilk gün başa çatıb

29/05/2023 22:00
SON XƏBƏR

Günel Zeynalova İbrahim haqqında: “İmperator, bu mənim üçün böyük şərəfdir” - FOTO

Nəzir qutularına nəzarət dövlət komitəsinə verilib? - AÇIQLAMA

zəlzələ seysmoqraf

Daha bir ölkədə zəlzələ oldu

Xəbər lenti

Sılanın Bakıdakı konsertindən FOTOREPORTAJ

29/05/2023 23:29

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

29/05/2023 23:16

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi – FOTOLAR

29/05/2023 23:06

Putin və Ərdoğan telefonla danışıb

29/05/2023 22:25

Qadınlar kimdənsə xoşu gəldiyini necə büruzə verir? – Psixoloq SİRLƏRİ AÇIQLADI

29/05/2023 22:07

Taekvondo üzrə dünya çempionatında ilk gün başa çatıb

29/05/2023 22:00

Elman Nəsirov: “Ay “klaviatura qəhrəmanları”, qoyunları özüm yemək üçün kəsmirəm”

29/05/2023 21:55

Ukraynadan İrana 50 illik sanksiya

29/05/2023 21:41

Laçın şəhərinin möhtəşəm gecə görüntüsü – VİDEO

29/05/2023 21:28

Türkiyədə həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı – VİDEO

29/05/2023 21:14

Oktay Kaynarca zəhərləndi

29/05/2023 21:05

“İstəmirəm qızım məşhur olsun”

29/05/2023 21:03

Manekenin üzərindəki paltarı oğurlayan şəxs kameralara yaxalandı – VİDEO

29/05/2023 20:13

Türkiyədə baş verən dəhşətli zəlzələnin YENİ GÖRÜNTÜLƏRİ ortaya çıxdı – VİDEO

29/05/2023 20:05

Düşmənçilik etdiyi şəxsi küçənin ortasında belə güllələdi – ANBAAN VİDEO

29/05/2023 19:50

Gənc müəllimə olan sevgilisini öldürdü, özü isə intihar etdi – TƏFƏRRÜAT

29/05/2023 19:37

SON DƏQİQƏ: Elxan Qasımov vəfat etdi

29/05/2023 19:26

16 yaşlı sevgilisini dəfələrlə bıçaqladı, başını daşla əzdi – DƏHŞƏTLİ QƏTL

29/05/2023 19:25

DƏHŞƏT: Köpək balığı qayıqçını parçaladı

29/05/2023 19:12

Ukraynadan İranla bağlı 50 illik sanksiya qərarı

29/05/2023 18:58

Sərvər Ərdoğanın seçilməsi münasibətilə qurban kəsdi — FOTO

29/05/2023 18:38

Avtobusa minən bu şəxslər PUL ALACAQLAR — VİDEO

29/05/2023 18:18

Bakıda qan donduran OLAY: Oğul atasını döydü, qardaşı isə lentə aldı — VİDEO

29/05/2023 17:48

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi – Soyuqlar başlayır

29/05/2023 17:28

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.