Medianews.az
Yer üzündə həyatın sonu elan edildi
62 baxış

Yer üzündə həyatın sonu elan edildi

Məşhur alim Daniel Rotman dünyanın sonunu qeyd edən tarixi açıqlayıb.

Medianews.az xəbər verir ki, alim Daniel Rothmanın fikrincə, bizim bu planetdə çox vaxtımız qalmayıb.

Dünyanın sonu ilə bağlı təəccüblü açıqlamalar verən alim okeanlarda karbon səviyyəsinin sürətlə artdığını və 2100-cü ildə bu səviyyənin 500 giqatona (1 milyard (109) ton) çatacağını bildirib.

O, bu vəziyyətin kütləvi məhvə səbəb ola biləcəyini izah edib.

Karbon emissiyalarının artmasının daha əvvəl 4 kütləvi yoxa çıxmasına səbəb olduğunu bildirən Rotman sözlərini belə davam etdirib:

"Hazırda okeanlarda karbonun miqdarı 300 giqatondur. 100 və ya 200 ildən sonra bu səviyyə 500 giqatona yüksələcək. Bu, kütləvi məhvə səbəb ola bilər. Lakin insanlar bu dəyişikliyin uzun zaman alacağına inanırlar.  Biz kütləvi məhvə getdiyimizi anlanlamalıyıq. Yenə də dünyada baş verən hər 5 kütləvi yox olma hadisəsindən 4-ü karbonla bağlı olub. Artımı diqqətlə izləmək  lazımdır”,- deyərək Daniel Rothman fikirlərini tamamlayıb.

Bizə qoşulun