Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Xankəndi mağazalarında Azərbaycan məhsulları – Manatla alış-veriş: VİDEO

Elşad Paşasoy
04/01/2023 15:18
2.6k
BAXIŞ
FacebookTwitterTelegram

Bu dəfə Əsgərandakı ermənilər ağlaşma qurublar. Xocalı rayonunun tərkib hissəsi olan bu ərazidə erməni separatçıların qurduğu qondarma “inzibati mərkəz”in oyuncaq rəhbəri Hamlet Apresyan deyib ki, yeni il əhval-ruhiyyəsi olmasa da, panika da yoxdur, vəziyyəti başa düşürük və dözürük. “Demək olar ki, bütün mağazalarda zəruri məhsullar tükənir, yalnız şirniyyatlar, spirt, şirələr və bəzi məişət əşyaları qalır. Amma nə yaxşı ki, insanların öz anbarlarda konservləri, ərzaqları var” – söyləyib Apresyan. Onu da söyləyib ki, kəndlərdə yaşayanların vəziyyəti daha yaxşıdır, çünki təsərrüfatları var, donuz saxlayırlar…

Bu, donuzdan fərqlənməyən canlı hələ də anlamır ki, Azərbaycanın qəsdi hansısa mülki ermənini acından öldürmək deyil, heç öldürmək niyyəti də yoxdur, sadəcə, adam olun, kifli düşüncələrdən əl çəkin, silahı yerə qoyun, torpaqlarımızı talamağa son verin, ayağımızın altına mina düzməyi dayandırın, tövbə edin, bundan sonra adam kimi yaşayın! Amma Halet kimi xəstənin dediklərindən belə görünür ki, onlar nə özləri, nə də separatçıların girovluğundakı ermənilərin normal yol seçməsində maraqlı deyillər, hələ bir “mübarizə” ovqatı ilə çıxış edir bu, çaqqal sürüsünün nümayəndəsi…

Musavat.com bildirir ki, 44 günlük müharibə bitəndən, üçtərəfli bəyanat imzalanandan sonra Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolu açılmalı idi. Eyni zamanda Suqovuşan-Ağdərə-Kəlbəcər yolu. Amma erməni separatçı dəstələr, cinayətkar qüvvələr 26-cı aydır ki, azərbaycanlıların yolunu kəsiblər. Kəlbəcərli öz evinin dağıntılarını, dədə-babasının məzarının dağılmış başdaşını görməkdən ötrü Tərtərdən keçib, kəsə yolla gedə bilmir, Murovun sərt aşırımlarını qət etməli olur, təhlükəli yollarla gedib-gəlir. Eyni zamanda şuşalılar öz evlərinə getməkdən ötrü Ağdamdan keçib gedə bilmirlər, cəmi 37 km-lik məsafəni, dolanırlar Füzulini, Hadrutu… Bu vaxtadək nə bir beynəlxalq təşkilat, nə elə sülhməramlı missiyasını üzərinə götürən Rusiya tərəf erməni separatçılara “von” komandası vermir, savaşın qalibi olan Azərbaycanın vətəndaşları əziyyət çəkir, dövlətimiz də külli miqdarda xərc! Alternativ yollar böyük vəsaitlər, işçi qüvvəsi hesabına başa gəlir. Üstəlik, ermənilərin rahat gediş-gəlişi üçün Laçın yoluna alternativ çəkildi, elə təqribən ermənilərin bağladığı Ağdam-Şuşa yolunun məsafəsi qədər. Ermənilər, onların havadarları nəinki Azərbaycana minnətdarlıq etmək haqda düşünmədilər, hətta yolçəkənlərimizin ayağının altına Laçın yolu ilə, özü də yeni çəkilən marşrut xətti ilə (!!!) daşıdıqları Ermənistan istehsallı minalar düzdülər bu müddətdə. İndi bütün bunlardan sonra Azərbaycan nə etməlidir, deməlidir ki, Ermənistanda 2023-cü ildə istehsal olunmuş minaları da daşıyın, düzün torpaqlarımıza, oğullarımız həlak olsun, ermənilərin darmadağın etdiyi şəhər və kəndlərimizi yenidən quran mütəxəssislərimizi itirək? Bu mənada Şuşa-Xankəndi yolunda ötən ilin 12 dekabrından etibarən keçirilən dinc aksiyaya etiraz etmək, hətta israrla yolu açmağa (?!) çağırmaq heç bir məntiqə, üstəlik əxlaqa sığmır! Əvvəla, min dəfələrlə deyildiyi kimi, yol bağlı deyil, sadəcə təhlükəli yüklərin, silah-sursatın, minanın, hərbçilərin daşınmasına imkan verilməməsi tam normaldır və bu məsələnin artıq rəsmi səviyyədə həyata keçirilməsinin vaxtıdır, kimin nə deməsindən asılı olmayaraq! Vətən sərhəddən başlayır və bu mənada Laçın yoluna ayaq basan hər hansı yadelli əvvəlcə özünü Azərbaycan sərhədçisinə, gömrük əməkdaşına təqdim etməlidir. Digər tərəfdən hər gün azı 10-20 yük maşını və minik avtomobili keçir Şuşa yolundan. Belə olan təqdirdə kar və korlar necə iddia edirlər yolun bağlı olduğunu?

Məntiqlə Qarabağdakı ermənilər və Ermənistan rəhbərliyi qalib Azərbaycanın şərtlərinin yerinə yetirilməsi barədə düşünməli, mövqeyini açıqlamalıdır. Amma… Qarabağdakı Vardanyan rejimi hələ də gic-gic iddialar irəli sürür, “döyüşəcəyini” söyləyir. Deməli, qapaz istəyir və alacaq.

Ermənistanda isə… Rusiyadan aldığı Su-30 qırıcılarını 2020-ci il müharibəsi zamanı istifadə etmədiyinə görə, Hərbi Hava Qüvvələri tənqid olunur və pilotların hazırlanması, həmçinin qırıcılara raketlərin alınması üçün Hindistandan kömək gözləyirlər. Ölkəsi fəlakətlər içərisində, Ermənistan rəhbərliyi qırıcılara hind raketləri axtarır. Özləri də anlayırlar ki, Azərbaycanla növbəti müharibə Ermənistanın tamamilə dövlət kimi yer üzündən silinməsi ilə bitə bilər, amma nə fayda?..Azərbaycan iki ildir təklif edir ki, gəlin yolları qarşılıqlı şəkildə açaq, bölgədə yeni həyat başlasın. Erməni tərəf deyir yox e, Laçından kefimiz istəyən vaxt Xankəndiyə gedib-gələk, amma sizin Naxçıvana getməyiniz müşkül məsələdir.

Budur, Ermənistanın “Milli demokratik qütb” adlı siyasi bloku yanvarın 8-də Rusiyanın Gümrüdə yerləşən 102 saylı hərbi bazasının qarşısında aksiya keçirəcəyini elan edib: Laçın yolunun açılması tələbi ilə (!) Abırsılığın həddi-hüdudu yoxdur. Rusiyadan öhdəliklərini yerinə yetirməyi tələb edirlər, abırsızcasına. Bəli, Ermənistan kimi, Rusiya da 10 noyabrdakı öhdəliklərini yerinə yetirmir, amma aksiyanı biz keçirməliyik, Qarabağdakı terrorçuların, ermənilərin əlindəki silah-sursat, hərbi texnikanın hələ də torpaqlarımızda, elə rus hərbçilərin mövcud olduğu ərazilərdə qalmasına etiraz olaraq, ermənilər yox!

Hər gün videokadrlar yayılır, rəsmi açıqlama verilir Laçın-Xankəndi yolundan keçən yük maşınları ilə bağlı. Təkcə ötən gün Rusiya sülhməramlı kontingentinə məxsus 20 maşın keçib. 1960 rus hərbçisi və 25 min erməni nə qədər yeyib-içir ki, elə bir ucdan daşıyırlar? Hələ bəzi ekspertlər bildirir ki, Xankəndiyə gizli yollar var, bu mənada şübhələr var ki, erməni quldurlar digər istiqamətlərdən məkrli niyyətləri üçün istifadə edirlər. Deməli, Ağdərədəki mədənlərin monitorinqi ilə bağlı tələblərə Qarabağa giriş-çıxış yollarına nəzarət etmək, monitorinq aparmaq tələbi də qoyulmalıdır. Bəlkə elə sərvətlərimiz həmin gizli yollarla daşınır, ermənilər bizi ittiham etməklə iz adıdır, başımızı qatırlar…

Əsgəran, Xankəndi, Ağdərədəki dükanların zəruri məhsullarla təchiz olunmasının çox asan yolu var: Ağdam və ya Tərtər istiqamətindən Azərbaycan məhsullarını manatla alıb, manatla satmaq! Azərbaycan ərazisində erməni dramı ilə alış-verişə son qoyulmalıdır, əks halda, dramatik hadisələr qaçılmaz olacaq! Xankəndidəki mağazalarda Azərbaycan məhsulları olsa, ermənilər almayacaqmı? Bəlkə bir test edilsin…Ermənilərin oyunbazlığına son qoyulmalıdır, bunların nazı ilə çox oynadıq, 24 gündür ekoloji talana “yox” deyən gənclərimiz il boyunca Şuşa yolunda dayanmayacaqlar ki…

DAHA ÇOX OXU

1-MANŞET

Vəzifə kürsüsündə vəfat etmiş yüksək post tutan məmurlar – SİYAHI

29/01/2023 14:12
Cəmiyyət

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı

29/01/2023 14:05
export

Zaur Tünzalənin son xahişini gerçəkləşdirdi – VİDEO

29/01/2023 14:00
1-MANŞET

Bunu etməyənlər aprelin 1-dən 12 min manat CƏRİMƏLƏNƏCƏK

29/01/2023 13:54
export

Tanınmış klarnet ifaçısı VƏFAT ETDİ

29/01/2023 13:47
Cəmiyyət

Sabahın havası AÇIQLANDI

29/01/2023 13:45
SON XƏBƏR

TƏCİLİ: Deputatı öldürmək istəyən şəxslər tutuldu

Bakıda ev almaq istəyənlər üçün mühüm xəbər - VİDEO

Qar yağacaq, külək əsəcək... - Sabahın hava proqnozu

Xəbər lenti

Vəzifə kürsüsündə vəfat etmiş yüksək post tutan məmurlar – SİYAHI

29/01/2023 14:12

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı

29/01/2023 14:05

Zaur Tünzalənin son xahişini gerçəkləşdirdi – VİDEO

29/01/2023 14:00

Bunu etməyənlər aprelin 1-dən 12 min manat CƏRİMƏLƏNƏCƏK

29/01/2023 13:54

Tanınmış klarnet ifaçısı VƏFAT ETDİ

29/01/2023 13:47

Sabahın havası AÇIQLANDI

29/01/2023 13:45

Azərbaycanlı kriminal avtoritet şok ittihamla TUTULDU

29/01/2023 13:39

“Çukur”un aktyorundan Şahruddinə: “Qabağa qaçma” – VİDEO

29/01/2023 13:31

Azərbaycanda ər arvadını döyərək ayağını sındırıb

29/01/2023 13:30

Azərbaycanda “kupça”larla bağlı YENİLİK – Bundan sonra… – VİDEO

29/01/2023 13:27

Emma yaşadığı binadan ŞİKAYƏTLƏNDİ: “Su gəlmir, işıq yoxdur, lift işləmir” – FOTO

29/01/2023 13:07

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı FOTOSU

29/01/2023 12:30

Azərbaycanda sabiq yüksək vəzifəli şəxs VƏFAT ETDİ

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı – Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.