Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Buna görə pul almazlar, meqobari”

Samir Sarı
25/12/2022 14:43
16
BAXIŞ
FacebookTwitterTelegram

Mübahisə predmeti olmayacaq bir məsələ var, gərək heç bir milləti, xalqı nə bütövlükdə pisləyəsən, nə də idealizə edib göyə qaldırasan. Hər ikisi yanlışdır. Ən doğrusu “hər millətin yaxşısı da var, pisi də” düsturudur.

İndi kimsə razılaşmayacaq ki, elə deyil, düşmənimiz millətlərin ən pisidir. Birincisi, onlar da elə hesab edir, özü də bunu bağıra-bağıra hər yerdə deyirlər və haqqımıza girirlər. İkincisi, dünyada öz düşmənini yaxşı sayan millət yoxdur. Belə şeyləri qarşılıqlı nifrət deyilən şey ortaya çıxarır.

Amma uzaq, hətta yaxın keçmişdə düşmən olmuş və sonradan birtəhər barışmış xalqlar bir-biri haqqında tam olaraq elə düşünmürlər. Bir-birinə nifrət püskürənlərlə yanaşı, türkün sözü, sevgi təzahüratı yapanlar da çox olur.

Bu günlərdə yazıçı dostlardan biri Mixeil Saakaşvili barədə mifləri dağıtmaq məqsədiylə bəzi qeydlər etmişdi, arada “oğru gürcü xalqı” ifadəsi işlətmişdi və onun bu fikrinə dəstək verənlər də vardı, qarşı çıxanlar da. Hər tərəf özünün sözünə qüvvət üçün gürcülərlə bağlı başına gələn hadisə yazmışdı.

Əvvəlcə onu deyim ki, oğrularının sayına qalsa, Gürcüstan gerçəkdən də postsovet məkanında, bəlkə də dünyada ön yerlərdədir. Məsələn, hazırda keçmiş SSRİ ərazisində fəaliyyət göstərən 440 “oğrubaşı”nın (“vor v zakone”) 250-si gürcü əsillidir. Yəni yarıdan çoxu. Bunlar hələ “taclandırılmış”, status almış kriminal avtoritetlərdir. “Oğrubaşı” olmağa çalışanlar isə 5 o qədərdir.

Amma bu o demək deyil ki, bütün gürcü xalqına oğru demək olar. Bu millətin içində də yüz minlərlə dürüst, cinayətkar olmayan, mərd, ziyalı insanlar var.

Saakaşvilinin hakimiyyətinin son ayında və ondan 4-5 il sonra yolum 3 dəfə Gürcüstana düşüb. Məni orada soymayıblar, aldatmayıblar, heç nəyimi oğurlamayıblar. Yalnız Tiflisin dağüstü parkında bir içiboş çantamızı oğurladılar, onu da yüz faiz gürcülər etmədi. Həmin vaxt skamyada bizdən 2-3 metr aralıda bir ərəb ailəsi oturmuşdu, onların işiydi. 2-3 dəqiqədən sonra duyuq düşüb ittiyimizin dalınca qayıtdıq, nə ərəblər vardı, nə də çanta. Amma bu da o demək deyil ki, bütün ərəblər oğrudur.

Bir dəfə isə Rustavidə maşınımızın akkumlyatorunda problem hiss etdik, fikirləşdik ki, bu, bizi Bakıya aparıb çıxarmaz, yaxşısı budur ki, buralardan işlənmiş də olsa, etibarlı akkumlyator alaq, sonra yola çıxaq. Tiflisdə maşın ehtiyat hissələri satılan yerə gəldik, bir yaşlı gürcü bizə ucuz qiymətə köhnə akkumlyator təklif etdi. Aldıq. Ağsaqqal dedi ki, narahat olmayın, bu akkumlyator ən azı altı ay işləyəcək. İl yarımdan sonra məlum oldu ki, ağsaqqal yalan deməyib, akkumlyator 1 il də artıq işlədi.

4-5 il əvvəl isə Kobuletidə telefonumda problem əmələ gəldi, enerji yığmırdı. Şəhər bazarının içindəki ustaya apardım. Usta 33-35 yaşlı bir gürcüydü, əlini işindən ayırdı, telefonumu götürüb baxdı, bir sancağa pambıq doladı, spirtləyib hövsələ ilə, yavaş-yavaş telefonun şnur taxılan yerini təmizlədi, yoxladı, bir də təmizlədi, nəhayət, telefon enerji yığmağa başladı. Telefonu ondan aldım, cibimdən 5 lari pul çıxardım ki, ustanın zəhmət haqqını verim. O, sakitcə dedi ki, bu, xırda bir işdir, buna görə pul almazlar, meqobari (“qardaş”). İsrar etdim, götürmədi.

Halbuki o, “5 lari azdır, 10 (və ya 15) lari verməlisən” desə, verəcəkdim. İndi belə oğlu olan millətə necə “hamısı oğrudur” demək olar? Onu da deyim ki, özümüzdə o cür adi işlər görən ustalara çox rast olmuşam, çoxu 1 qəpiyindən də keçməyib və çalışıblar ki, 3-4 qat artıq haqq alsınlar. Hərçənd həmin gürcü kimi “bu xırda şeydir” deyənlər də olub. İşə düşməyən avtomobilə öz maşınının akkumlyatorundan enerji verən sürücülər görmüşəm ki, 2 manat “primıçka pulu” tələb ediblər, yolda qalana öz köhnə təkərini bağışlayan, baqajındakı iki litrlik benzini müftə-müsəlləm verənlərə də rast olmuşam.

Yəni bir neçə epizoda görə bütöv millət haqqında “pis millətdir” və ya “yaxşı millətdir” rəyi yaratmaq doğru deyil.

Çeçenlərin ruslara dirəşən vaxtlarında dünya ilə bir şan-şöhrətləri vardı, hamı onlardan ağız dolusu danışırdı. Bir dəfə işdə Fəxri adlı proqramçı-dizaynerimiz dedi: “Uşaqlar, siz son illərdə Qudermesdən keçmisiz heç?” Dedik, yox. O da dedi, keçsəydiniz, görərdiniz ki, Qudermesdə nə azğın çeçen banditlər var və camaatı necə soyurlar, yəni onların hamısı azadlıq mücahidləri deyil, quldurları da çoxdur.

Adı kütbeyinliklə (“tupoyluq”) sinonim kimi səslənən bir xalq var, adını çəkmirəm ki, irqçilik olmasın. Bir dəfə o millətin 4 təmsilçisini bir beynəlxalq forumda gördüm, bütün nümayəndə heyətləri arasında ən ağıllı, deyib-gülən, şıq geyimli məhz onlar idi.

Ona da deyinək ki, Rusiyada bizi “bazar adamı” adlandıranda xətrimizə dəyir. Düzdür, dükan-bazarda, ticarət, iaşə sektorunda çalışanlarımız çoxdur, amma iri biznesdə, elm, mədəniyyət, idman sahəsində fəaliyyət göstərənlərimiz da var. Yəni biz hamılıqca “bazar adamı” deyilik.

O vaxt Navalnı da bir dəfə qızışıb gürcülər barədə danışarkən “qruzin” yerinə “QRIZUN” (“gəmirici”) ifadəsi işlətmişdi, sonra üzr istədi, amma xeyri olmadı, hələ də o töhmət onun boynundadır.

Ona görə də bütövlükdə gürcü xalqı haqqında “oğru” kəlməsi işlətmək düzgün olmaz. Ən azı Vaxtanq Kikabidzedən (“Mimino”dan) ayıbdır.

DAHA ÇOX OXU

export

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33
export

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29
export

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18
Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters
export

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12
export

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04
Cəmiyyət

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36
SON XƏBƏR

Kreml Vardanyandan əlini üzür, yoxsa öz marionetinin ipini uzadır?

“Bu avtoservisə Talıbov talibdir, verməlisən” – Naxçıvanda reyder əməliyyatı

Masallı Rayon İcra Hakimiyyətində YENİ TƏYİNATLAR - FOTO

Xəbər lenti

Emma yaşadığı binadan ŞİKAYƏTLƏNDİ: “Su gəlmir, işıq yoxdur, lift işləmir” – FOTO

29/01/2023 13:07

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı fotosu

29/01/2023 12:30

Baş nazirin sabiq müavini vəfat etdi

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı-Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.