Medianews.az
Diş əti xəstəlikləri daha hansı fəsadları yaradır?
75 baxış

Diş əti xəstəlikləri daha hansı fəsadları yaradır?

Ağız və diş əti sağlamlığının qorunması insan həyatı üçün böyük əhəmiyyət kəsb edir. Dünya alimləri qeyd edir ki, ağız və diş ətinin sağlamlığı vaxtında qorunmasa itən təkcə dişlər deyil, onun təsiri bütün bədəndə yayılır. Sağlamlıq Elmləri Universiteti Hamidiye Diş Həkimliyi Fakültəsi dekanı professor Əbubəkir Eltaşla ağız sağlamlığına etinasızlıq nəticəsində yaranan xəstəliklər və ondan qorunma yolları haqqında danışıb. Qeyd edib ki,  ağızda olan bakteriyalar diş ətinin iltihabına səbəb olur. Diş əti xəstəliklərinin bədən sağlamlığına təsir edən bir çox xəstəliyə səbəb olduğunu qeyd edən professor Eltas bildirir ki, bu araşdırmalarla elmi şəkildə sübuta yetirilib: “Diş ətlərindəki bakteriyalar olduğu yerdə qalmır. Damar vastəsilə bədənin digər hissələrinə gedir. Ürək toxumalarına, hamilə qadınlarda vaxtından əvvəl doğuşa səbəb olur. Diş əti bakteriyaları 50-dən çox  xəstəliklə əlaqəlidir və iltihab bədənin müdafiə mexanizmində bəzi hüceyrələri ortaya çıxarır. Diş əti xəstəliklərində bəzi bakteriyaların trombositopeniyanın çökməsinə damarların tıxanmasına səbəb olur.  Diş əti xəstəlikləri diabetə təsir edir və orqanizmdə iltihabı artırır, toxumalarda insulinə qarşı müqavimətin artmasına səbəb olur. Diş əti xəstəliklərindən qorunmaq üçün gənc yaşdan ağız baxımı yaxşı aparılmalıdır. İlk növbədə dişlər həm fırçalar, həm də diş ipi və ya interfeys fırçalarının köməyi ilə təmizlənməlidir. Diş sağlamlığı üçün müntəzəm diş müayinələri laqeyd edilməməlidir.  Əgər diş əti iltihabı və ya çürük dişləri varsa, tez-tez stamatoloqa müraciət edilməlidir. Ayşən Azadova Medianews.az

Bizə qoşulun