Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparır.
Nazirliyin araşdırmaları noyabrın 18-dən başlayıb.
Yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir.
Söyləntilər var ki, yoxlanış İyul ayında teatrın direktoru Rəşad Əhmədzadənin, noyabrda isə Səidə Əhmədzadənin mətbuata müsahibəsində Mədəniyyət Nazirliyi ilə bağlı səsləndirilən iddiham dolu müsahibə olub.
Bəs görəsən 26 teatr arasında niyə məhz Kukla Teatrı? Söyləntilər doğrudurmu, yoxsa burada başqa məsələlər var? Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik.
Medianews.az nazirliyin mövqeyini təqdim edir:
“Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırma barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür. Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.
Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb. Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək. Bütün media mənsublarına göstərdikləri diqqət və anlayışa görə təşəkkür edirik”.
Medianews.az