Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bəyan edib ki, ölkənin ərazi bütövlüyünə təhdid olacağı təqdirdə nüvə silahından istifadə ediləcək.
Dövlət başçısı bildirib ki, bu “blef” deyil.
“Qərb Rusiyanın parçalanmasını istəyir. Onların məqsədi bizi parçalamaq, məhv etməkdir” – deyə o söyləyib.
Rusiya liderinin sözlərinə görə, Qərb anti–Rusiya siyasətində bütün sərhədləri keçib: “Artıq Rusiyanın sərhədyanı ərazilərinə Qərb silahlarından zərbələr endirilir. NATO Rusiyanın cənubunda kəşfiyyat aparır”.