Roma Papası Fransisk Qərbi kəskin tənqid edərək, bəyan edib ki, hazırda Qərb nümunə ola bilməz.
Medianews.az-ın məlumatına görə, o, bu fikirləri Qazaxıstandan qayıdandan sonra təşkil etdiyi mətbuat konfransında bəyan edib.
“Qərb səhv yolla gedib, məsələn, sosial ədalət baxımından. O, (Qərb – red.) insanlara ehtiyac duyduğunda miqrantları qəbul etməyi unudur. Demoqrafik qış haqqında nə düşünürük? Bizim İspaniyada, İtaliyada insanlara ehtiyacımız var. Nə üçün Qərb miqrantların inteqrasiyası siyasətini aparmır? – deyə o qeyd edib.
Roma Papası hesab edir ki, Avropa fundamental dəyərlərə qayıtmalıdır: “Biz hazırda digər xalqlara yardım edəcək qədər yüksəklikdə deyilik”.