Medianews.az
Zelenski dağıdılan məktəbin şagirdləri ilə görüşüb
408 baxış

Zelenski dağıdılan məktəbin şagirdləri ilə görüşüb

Zelenski Rusiya ordusunun hücumlarından sonra yenidən bərpa edilən məktəbi ziyarət edib. Bu barədə Medianews.az “cnnturk”ə istinadən xəbər verir. Ukraynada yeni tədris ilinin başlaması ilə şagirdlər müharibənin kölgəsində təhsillərinə davam edirlər. Prezident Volodimir Zelenski İrpində Rusiya hücumlarından sonra yenidən tikilmiş məktəbə baş çəkib. Zelenski məktəbə daxil olduqdan sonra dərslərdən birinə qatılıb, uşaqlarla söhbət edib. Ukrayna prezidenti deyib ki, hökumət müharibədən zərər çəkmiş təhsil müəssisələrinin yenidən açılması üçün çalışır. O, uşaqların təhlükəsizliyini və təhsildən məhrum olmamasını təmin etmək üçün tədbirlər gördüklərini qeyd edib. Xatırladırıq ki, Rusiyanın hücumları nəticəsində Ukraynada 6 ayda 2300-dən çox təhsil müəssisəsi zərər görüb. Linkə daxil olaraq videonu izləyə bilərsiniz. Xanlar Əlibəy Medianews.az

Bizə qoşulun