Mariupol şəhərində Rusiya tərəfindən əsir düşmüş Ukrayna əsgərlərinin məhkəməsinin təşkil ediləcəyi ilə bağlı xəbərlərin çoxalması fonunda Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, məhkəmə baş tutarsa, danışıqlar olmayacaq.
“RBC-Ukraina” xəbər verir ki, belə bir xəbərdarlıqla Ukrayna Prezidenti son videomüraciətində çıxış edib.
Dövlət başçısı qeyd edib ki, düşmənin hansı planlar cızdığından asılı olmayaraq, Ukraynanın reaksiyası tamamilə aydın və başa düşülən olacaq.
“Əgər bu rəzil məhkəmə baş tutarsa, bizim adamlar bütün razılaşmalara, bütün beynəlxalq qaydalara zidd olaraq bu mənzərəyə sürüklənsə, bu, istehza etmək deməkdir. Bu, istənilən danışığınn mümkün olmayacağı xətt olacaq”, – deyə Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, Rusiya özü-özünü danışıqlardan uzaqlaşdıracaq. O qeyd edib ki, “daha danışıqlar olmayacaq, dövlətimiz hər şeyi deyib”.