Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətində Rusiya silah-sursat anbarı Ukrayna tərəfindən vurulub.
Medianews.az xəbər veirr ki, Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Arestoviç bildirib ki, hücum nəticəsində 100-dən çox rus hərbçisi ölüb, 200-ü yaralanıb.
Qeyd edək ki, Ukrayna ordusu dünəndən etibarən Donbass bölgəsindəki bir çox şəhərə hücumlar təşkil etdiyini açıqladıqdan sonra bir-birinin ardınca Rusiya ordusunun nəzarətində olan şəhərlərə hücum xəbərləri gəlməyə başlayıb.
Ukrayna mətbuatının yerli mənbələrə istinadən verdiyi xəbərdə, Ukrayna ordusunun axşam saatlarında başlatdığı hücumların Rusiyanın Nova Kaxovka şəhərindəki sursat anbarına da raketlərlə hədəfləndiyi bildirilib. Sursat anbarında baş verən böyük partlayışlardan sonra yanğın başlayıb.
Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç sosial media hesabından açıqlama verib: “Dünən Nova Kaxovka şəhərində Xerson vilayətində 49-cu Ordu Komandanlığı, hava qüvvələri və hava hücumundan müdafiə raketlərinin anbarlarına hücum edilib. İlkin məlumata görə, , 100-dən çox rus hərbçisi ölüb, 200 nəfər yaralanıb. Bəziləri sağ qalmayacaq. Yaralı və ölənlərin bəziləri üçün təxliyə qrupları yaradılıb”.
Digər tərəfdən, həm Ukrayna, həm də Rusiya tərəfindən sursat anbarında baş verən partlayışlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Medianews.az