Avstraliyanın baş naziri Entoni Albanese Ukraynanın paytaxtı Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə mətbuat konfransı keçirib.
Medianews.az xəbər verir ki, mətbuat konfransında danışan Albanese, Avstraliyanın Ukraynaya əlavə 34 zirehli maşın, 14 zirehli hərbi maşın, 20 Bushmaster yardımı edəcəyini və Rusiyadan qızıl idxalını qadağan edəcəklərini açıqlayıb.
Avstraliyanın daha 16 rusiyalı nazir və oliqarxa sanksiya tətbiq edəcəyini və səyahət qadağası tətbiq edəcəyini deyən Albanese, Avstraliyanın sanksiya tətbiq etdiyi rusların ümumi sayının 843-ə çatdırılacağını bildirib.
ABŞ Maliyyə Nazirliyi bazar ertəsi günü Rusiyadan ABŞ-a qızıl idxalına qadağa qoyulduğunu və Rusiyanın müdafiə sənayesində fəaliyyət göstərən 100-ə yaxın şəxs və quruma qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Leyla, Medianews.az