Quraqlıq və su qıtlığı ilə mübarizə aparan İtaliyanın bir bölgəsində bərbərlərə müştərilərin saçlarını bir dəfədən çox yumamaq tapşırılıb.
Medianews.az xəbər verir ki, İtaliyanın şimalındakı Castenaso şəhərinin menecerləri bərbərlərə xəbərdarlıq edib ki, müştərilərin saçlarını iki dəfə şampunla yuduqları təqdirdə 500 avro cərimələnəcəklər. Şəhərin meri Karlo Qubellini sentyabra qədər qüvvədə olacaq xəbərdarlığın quraqlıq tədbirləri çərçivəsində verildiyini bildirib.
Nəşr olunmuş kitabçaya əsasən, vətəndaşlara diş fırçalayarkən və ya təraş edərkən tez duş qəbul etmək, kranı bağlamaq da tövsiyə olunub.
Səlahiyyətlilər bildirirlər ki, ölkə daxilində yağıntıların azalması nəticəsində yaranan su çatışmazlığı ciddi səviyyədədir. Su ehtiyatlarının azalması ilə əlaqədar bəzi ərazilərdə də fövqəladə vəziyyət elan edilib.
Leyla, Medianews.az