İngiltərədə taxt-tacın bir nömrəli varisi olan şahzadə Çarlz növbəti dəfə rüşvət ittihamı ilə üzləşib.
Medianews.az xəbər verir ki, Şahzadə Çarlzın fondunun Qətərin keçmiş baş naziri Şeyx Həməd bin Casim əl-Tanidən 3,2 milyon dollar rüşvət alması iddiası ölkədə müzakirələrə səbəb olub.
“Sunday Times” qəzeti təhsildən səhiyyəyə qədər müxtəlif sahələrdə ianə etmək üçün fond yaradan şahzadənin Qətərin keçmiş baş nazirindən ərzaq çantalarında 1 milyon avro nağd pul aldığını yazıb. Qeyd olunub ki, 500 avroluq əskinas şəklində olan bu pullar şahzadənin məmurları tərəfindən hesablanıb.
Xəbərdə El Saninin 2011-2015-ci illər arasında üç ayrı görüşdə vəqfə cəmi 3,2 milyon dollar ödədiyi bildirilib.
Şahzadənin vəqfindən verilən açıqlamada, əl-Taninin ianəsinin yoxlanıldığı və tamamilə qanunlara uyğun olduğu qeyd edilib.
Britaniyanın “Sunday Times” qəzeti daha əvvəl də Səudiyyə Ərəbistanının məşhur iş adamlarından olan Mahfuz Marei Mübarək bin Məhfuzdan vətəndaşlıq qarşılığında Şahzadə Çarlzın fondunun 1,5 milyon funt sterlinq ianə aldığını və bu hadisənin ölkədə böyük müzakirələrə səbəb olduğunu manşet etmişdi. Qalmaqaldan sonra Şahzadə Çarlzın ən etibarlı adlarından biri olan fondun meneceri Maykl Fawcett istefa verib.
Xatırladaq ki, o, Qətərin ən böyük qeyri-hökumət təşkilatı olan Qətər Fonduna, BMT-nin Uşaq Fonduna, Dünya Ərzaq Proqramına və Oxfam-a böyük ianələri ilə tanınır. Qətər də keçən il İsrailin hücumlarından sonra Qəzzaya böyük maliyyə yardımı edib.
Leyla, Medianews.az