Rusiya ilə Ukrayna arasında davam edən müharibədə mülki əhali arasında itkilər artır.
Medianews.az xəbər verir ki, Ukrayna Baş Prokurorluğundan verilən açıqlamada Rusiya ordusunun Ukraynaya hücumları nəticəsində 324 uşağın öldüyü, 592 uşağın isə yaralandığı bildirilib.
Açıqlamada Donetsk vilayətində 307, Xarkov vilayətində 175, Kiyev vilayətində 116, Çerniqov vilayətində 68, Luqansk vilayətində 54, Xerson vilayətində 52, Xarkov vilayətində 48 uşağın həyatını itirdiyi bildirilib.
Baş Prokurorluq həmçinin Rusiyanın hücumları nəticəsində Ukraynada ən azı 2 min 52 təhsil müəssisəsinin zərər gördüyünü, 210-unun isə tamamilə məhv edildiyini açıqlayıb. Rəqəmlərin dəqiq məlumat olmadığı, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə işlərin davam etdirildiyi bildirilib.
Leyla, Medianews.az