Ötən il Dominikan Respublikasında “sərfəli bilet satışı” şüarı ilə qurulan hava yolu şirkəti Red Air-ə məxsus təyyarədə kabus dolu anlar yaşanıb.
Medianews.az xəbər verir ki, səhər saatlarında 126 sərnişin və 11 ekipaj üzvü olan təyyarənin qüllə ilə əlaqəsi kəsilib. Bölgədə böyük narahatlıq yaşansa da, bir neçə dəqiqə sonra təyyarə hava limanı xaricində alovlar içində görünüb. Təyyarə füzelaj hava limanına sərt eniş etməli olub. Eniş şassisi açılmayan təyyarə qülləyə çırpılıb.
Səlahiyyətlilər ən az 3 nəfərin xəstəxanaya aparıldığını açıqlasa da, hadisə ilə bağlı araşdırma başladılıb.
Sərnişin Paola Qarsiya deyib: “Öləcəyimizi düşündüm. Yanımda yaşlı bir kişi var idi, onu qucaqladım. Bu, çox qorxulu bir an idi. Biz sağdan sola çırpılırdıq və bütün pəncərələr sınırdı. Sonra alov yayılmağa başladığı üçün təlaş başladı”.
Leyla, Medianews.az