Çərşənbə, 6 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Koronavirus və meymunçiçəyidən də təhlükəli…

Elşad Paşasoy
17/06/2022 16:29
A A
13
BAXIŞ
FacebookTwitterTelegram

Koronavirus pandemiyasının acı fəsadları tədricən keçmişdə qalmaqdadır. Necə deyərlər, getsin, gəlməsin! Rəsmi rəqəmlərə istinad etsək, pandemiya dövründə 792 min 884 nəfər – ümumi əhalinin (10 mln. 317 nəfər) 7,7 faizi yoluxub, 9715 nəfər dünyasını dəyişib. Hər kəsin itkisi ağırdır, Allah hamısına rəhmət eləsin!

İndi dünyanın qapısını meymunçiçəyi virusu döyməkdədir. Artıq qonşu Gürcüstanda ilk yoluxma halı qeydə alınıb. Quru sərhədlərin sonsuzadək qapalı qalması da mümkün deyil. Yolların və sərhədlərin qapalı qalması heç xilas yolu da sayıla bilməz. İstənilən halda tədbirli, ehtiyatlı olmalıyıq, sonrakı peşmanlıq hez zaman fayda verməyib, bunu bilməyən yoxdur.

Acı bir reallıq var ki, bizdə ehtiyatlı, tədbirli sözlərinə sanki ögey münasibət var, əksər hallarda itkilərimiz məhz bu səbəbdən baş verir. Məsələn, bir neçə gün əvvəl rayonların birində məsul şəxs kanalizasiya quyusundan işçini xilas edərkən…özü zəhərli qazın təsirindən boğulub öldü. Kimlərsə deyə bilər ki, qəzavü-qədərdir, onun da taleyi belə yazılıbmış, daha nələr…Bu da belə yanaşanların söz haqqıdır. Amma və lakin.

Məgər o sahəyə cavabdehlər bilmirlərmi ki, zərərli və zəhərli maddələrin toplandığı, yaxud axdığı kanalizasiya quyusuna xüsusi geyimdən istifadə etmədən enmək olmaz?! Sovet dövründə biz məktəblilərə əleyhqazdan necə istifadə etməyi – özü də qısa zaman kəsiyində – öyrədirdilər. Məgər indi müxtəlif xidmət sahələrində çalışanlar bilmirlərmi ki, onlar nəfəs yolları açıq şəkildə hansısa tunelə daxil olsalar, orda boğula bilərlər? Ən azı hər gün, yaxud vaxtaşırı təhlükəsizliklə bağlı sənədə imza atılır…

Başqa acı fakt. Gənc yaşlarında bir usta binanın 5-ci mərtəbəsindən düşüb öldü. Səbəb nə idi, araşdırıldımı? Yay vaxtıdır, havanın temperaturu nəzərə alınmalıdır, yaxud işçilərin sağlamlıq durumu nəzarət altında olmalıdır. Bu sahədə nəzarətin ciddi şəkildə artırılmasına zərurət var. Tikinti obyektinin qatlarının ətrafına təhlükəsizlik həlqəsi yaradılsa, “setka” çəkilsə, ani olaraq təzyiqi düşən, yaxud qalxan, gözlərinə qaranlıq çökən gənc elə onun üzərinə düşüb salamat qala bilərdi, elə deyilmi?

Son günlər məktəblilərlə bağlı faciələrin sayı artıb. Dərs ilinin başa çatdığı ərəfədə məktəblilərin kütləvi şəkildə rayon turlarına istirahətə getdiyini müşahidə etdik. Bu turların bir neçəsi ilə bağlı acı xəbərlər gəldi, əvvəl Şəkidə, sonra isə Qobustanda avtobus qəzaları baş verdi. Yenə də bəhanələr, qarşılıqlı ittihamlar. Məlum oldu ki, burada bir günahkar varsa, uşaqlar özləridir. Nə valideynlərin, nə müəllimlərin, nə sürücülərin, nə də tur təşkilatçılarının günahı varmış, sən demə…

Kimsə soruşmadı ki, gecə saat 22.30-da 4-cü sinif şagirdlərinin Şamaxı yolunda nə işi varmış? Axı, o vaxt o yaşda uşaqlar evlərində, şirin yuxuda olmalıydı, qəzadan sığortalanmayan yollarda yox. O yolu iki həftə əvvəl gedib-gələnlərdən biri kimi, tam səmimiyyətlə bildirirəm: bəzi məqamlarda adamın özü ağzına gəlir, döngələr, darısqal hissələr, adamın üstünə yürüyən yük maşınları…Gündüz getmək belə, risklidir, o da ola gecəyarısı.

Uşaqlarla bağlı baş verən qəzalarda ölüm-itim olmadı, şükür. Amma yaralılar var, həm də psixoloji travma aldılar əksəriyyəti. Gecəyarısı baş verən qəza zamanı avtobusun pəncərəsindən çölün düzünə düşən uşağın psixoloji durumu necə olar, sizcə?..İstirahət beləcə, burunlarından gəlir körpələrin, məhz böyüklərin təhlükəsizlik tədbirlərinə, həm də qayda-qanunlara əməl etməməsi nəticəsində…Sürücülər narkotestdən keçirilirmi səfərə çıxarkən? Avtobusların saz vəziyyətdə olub-olmaması yoxlanılırmı? Həyati sığorta edilirmi turist səfərlərinə çıxanlar? Cavabsız suallar çoxdur. Yoxsa “əyləc tutmadı, betona çırpdım” arqumentilə məsələ bitməməlidir.

“Son zəng” günü Masallıdan olan 17 yaşlı yeniyetmə faciəli şəkildə dünyasını dəyişdi. Təsəvvür edin, bu il ya tələbə olacaq, ya da gələn il Vətəni qorumağa gedəcəkdi. Amma qara torpağın altına getdi, sinif yoldaşları ilə birgə gəzməyə çıxdıqları zaman sürüşüb çaya düşməsi nəticəsində…

Yeri gəlmişkən, ötən həftə Kəlbəcərdə də bir əsgərimiz məhz təhlükəsizlik tədbirlərinə əməl olunmaması nəticəsində həlak oldu, elektrik cərəyanı vurması ilə…Çox acıdır, çox. Düşmən qarşısında güllədən yayınmağı bacaran oğullarımız ani diqqətsizlikdən, “tok” vurmasından həlak olur.

Çimərlik mövsümü başlanıb artıq və boğulma statistikası da işə düşüb. Hələ nə havalar düz-əməlli qızıb, nə də su, amma ölürük… Bir iş adamı dənizdən batan şəxsi xilas edərkən özü boğulub. Üç uşağı yetim qaldı. Elan olunur ki, hava küləkli olacaq, yəni onsuz da riskli dənizlərdən olan Xəzərə can atmayın, yaxud dərinliyə getməyin! Amma nə faydası? Hər çimən şəxsin yanına da bir fövqəladə işçisi, yaxud polis qoymaq da olmaz axı. Gərək, hər birimiz təkcə özümüz üçün yox, ailə-uşağımız, doğmalarımız üçün yaşadığımızı da unutmayaq, dövlətimizə və vətənimizə borcumuzu da üstəlik. “Təhlükəlidir” sözü sanki zarafat kimi qəbul olunur, bir çox hallarda… Dənizin üzmək üçün ayrılmış hissəsinin ətrafındakı şarları, yaxud lenti keçmək xobbiyə çevrilib.

Yazını yekunlaşdıranda başqa bir faciədən xəbər tutdum. Bakı-Quba yolunda – təmir olunan hissədə hələ çox fəlakətlər olacaq bu gedişlə – iki tələbə qız qəzaya düşüb, biri ölüb, digər ağır xəsarətlər alıb, sürücü xanım da dünyasını dəyişib. Başqa yaralılar da var. Dəhşətdir, neçə ailənin çırağı söndü, illərlə yanıb-yaxılacaq doğmaları…

İyunun 22-də toyları olacaq cütlük də ötən həftə avtoqəzanın qurbanı oldu. Ailələr toya hazırlaşdığı halda, qapılarını vay xəbəri döydü. Adamların beli qırılır belə hadisələrlə…Ondan əvvəl də Balakəndə çox istedadlı müəllim qəza nəticəsində şagirdlərinin və onu tanıyanların ürəyinə dağ çəkdi ölümü ilə…

İllər öncə araşdırmışdı, Azərbaycan yollarında 30 minə yaxın vətəndaşımızı itirdiyimizi yazmışdım, Qarabağ şəhidlərindən də çox! Bu günün statistikası isə dəfələrlə çoxdur və artmaqda davam edir. Elə ötən gün Bakı yollarında dəhşətli qəza baş verib. Təhlükəsizlik tədbirlərinə əməl etməsək, qara statistika həyatımızın bir hissəsin çevriləcək.

Düşmənlə sərhəddə itki vermirik, şükürlər olsun, amma daxilimizdə, sabitliyin hökm sürdüyü ölkəmizdə hər gün uşaqlarımız, gənclərimiz nakam gedir həyatdan. Koronavirus və meymunçiçəyidən də dəhşətli mərəz var – etinasızlıq, biganəlik, qaydalara əməl etməmək, “əşşi, radar işləmir, sür getsin” deyib, sürət həddini aşmaq, yol polisini keçən kimi təhlükəsizlik kəmərini çıxarıb kənara atmaq kimi…

DAHA ÇOX OXU

Köşə

Özbək süvarisini qara papaqla ürkütmək cəhdi – Nukusda baş verənlər nəyin göstəricisidir…

04/07/2022
Köşə

Plyajda almanları necə udduq

04/07/2022
Köşə

44 günlük müharibənin daha bir məğlubu – separatçıların Moskva “nümayəndəliyi” bağlanır, ABŞ isə…

04/07/2022
Köşə

Arazın o tayından gələn qonağı efirdən qovanın cəzası nədir?

02/07/2022
Köşə

Qadının təpkisi, kişinin təpiyi, cəmiyyətin çəpiyi

01/07/2022
Köşə

Sumqayıt avtobuslarında qaynar həyat

01/07/2022
SON XƏBƏR

TƏRƏKƏMƏ JURNALİSTİN UĞUR HEKAYƏSİ

Tənzilə Rüstəmxanlı: "Bizim sadəcə qan bağımız yoxdur, ruh bağımız da var"

Peyvənd olunanların sayı açıqlandı

Xəbər lenti

Röya Ayxanın qardaşının toyundan yeni görüntülər – FOTO/VİDEO

2022/07/06 05:26

ARB-nin xanım əməkdaşı şantaj edilir: “Pul tələb edirlər” – FOTO

2022/07/06 00:44

Neft 380 dollar olarsa, nə baş verər?- “Təyyarələr, zavodlar, maşınlar…”

2022/07/06 00:27

Nərimanov rayonunda məhəllə narkomanların yuvasına çevrilib, sakinlər narahatdır – VİDEO

2022/07/06 00:11

Abituriyentlərin NƏZƏRİNƏ: İmtahanların vaxtı dəyişdi

2022/07/05 23:58

“Neçə gündür onun üçün ürəyim ağlayır” – Aybəniz Haşımova

2022/07/05 23:53

Qarabağdan taxılın daşınması dayandı – Erməniləri aclıq gözləyir

2022/07/05 23:47

Daha bir yüksək vəzifəli şəxs işdən azad ediləcək – Qərar VERİLDİ

2022/07/05 23:42

Roza Zərgərlinin övladlığa götürdüyü oğluna ev verildi – FOTO

2022/07/05 23:36

Qarabağda antiterror əməliyyatlarının ANONSU VERİLDİ – “RUS HƏRBÇİLƏR…”

2022/07/05 23:31

“Location”dakı partlayışda zərərçəkmiş 53 şəxsin TAM SİYAHISI

2022/07/05 23:25

“Bolt” sürücüsü qəpikləri müştərinin üzünə çırpdı – VİDEO

2022/07/05 23:23

Bir gündə Bakıda beş taksi qəza törətdi: Üçü “Prius”dur – FOTO

2022/07/05 23:16

Amerikanın ən gənc milyarderi oldu

2022/07/05 23:09

Rusiya və Özbəkistan prezidentləri arasında telefon danışığı oldu

2022/07/05 23:08

Britaniyanın maliyyə və səhiyyə nazirləri istefa veriblər

2022/07/05 23:05

Özünü 12-ci İmam Mehdi kimi təqdim edən Aqil Babayevin istintaqı başa çatdı

2022/07/05 22:58

Müstəqillik Günündə ABŞ-ı qana bulayan 22 yaşlı gənc TUTULDU – FOTO

2022/07/05 20:55

Ukrayna bayrağı rəngində geyimləri ilə gündəm olan rus kosmonavtlardan YENİ XƏBƏR (FOTOLAR)

2022/07/05 20:47

Boynunu sındıraraq öldürdüyü həyat yoldaşının dəfnində yalandan ağladı – 18 illik həbs cəzası aldı

2022/07/05 20:41

Rusiyada daha bir milyarderin şübhəli ölümü – Başından güllələnmiş halda tapıldı

2022/07/05 20:32

Metroya balta ilə girən şəxs saxlanıldı – Cinayət işi başladıldı

2022/07/05 20:26

2 gənc qız onlara söz atan şəxsi belə döydülər – ANBAAN VİDEO

2022/07/05 20:08

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilir

2022/07/05 20:02

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.