Ankara-Afina xəttində son günlər yaşanan gərginliklə bağlı Avropa İttifaqından (Aİ) yeni açıqlama verilib.
Medianews.az xəbər verir ki, Avropa Komissiyasının Xarici Əlaqələr üzrə sözçüsü Peter Stano bildirib ki, Türkiyə Aİ-yə üzv olan bütün ölkələrin suverenliyinə hörmət etməlidir.
Türkiyənin Yunanıstana qarşı təhdidlər etdiyini bildirən Stano Ankaranı “yaxşı qonşuluq münasibətləri çərçivəsində hərəkət etməyə” çağırıb.
Yunanıstanın Afina-Makedoniya Xəbər Agentliyinin xəbərinə görə, Stano Aİ-nin Türkiyədən gərginliyi artıracaq addımlardan qaçmasını və konstruktiv mövqe tutmasını gözlədiyini, əks halda ittifaqın müvafiq cavab verəcəyini qeyd edib. Stano problemlərin beynəlxalq hüquq çərçivəsində dialoq yolu ilə həllini istədiklərini bildirib.
Leyla, Medianews.az