ABŞ şirkətlərinə Rusiyanın kiberhücumlarına qarşı yüksək səviyyədə hazırlıqlı olmaq tövsiyə olunur.
Medianews.az xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA), Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqat Bürosu kritik infrastruktur operatorlarına qarşı potensial kiberhücumlar barədə xəbərdarlıq edib.
CISA-nın direktoru Jen Easterly deyib ki, müharibə başlayandan bəri Qərb infrastrukturuna böyük hücumların olmamasına baxmayaraq, şirkətlər ehtiyatlarını əldən verməməlidirlər.
ABŞ Milli Kəşfiyyat Agentliyinin kibertəhlükəsizlik üzrə direktoru Robert Coys isə bildirib ki, təhlükə real idi və belə də qalır.
“Rusların diqqətli olmamız lazım olan imkanları var və onlardan nə vaxt istifadə edilib-edilməyəcəyinə qərar vermək ərəfəsindədirlər”,-deyə əlavə edib.
Qeyd edək ki, kəşfiyyat xidmətlərinin xəbərdarlıqlarından sonra fevral ayında ABŞ-da “Shields Up” kampaniyasına start verilib və məqsədi özəl şirkətlərin, ilk növbədə texnologiya nəhənglərinin şəbəkələrinin mühafizəsini gücləndirmək olub.
Leyla, Medianews.az