Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenska bəyan edib ki, Rusiya işğalı səbəbindən ölkədə əhalinin 60 faizinin psixoloji dəstəyə ehtiyacı var.
Medianew.az xəbər verir ki, bu rəqəmin Milli Psixi Sağlamlıq və Psixoloji Dəstək Proqramının məlumatlarına əsaslandığını deyən Zelenska, hökumətin müharibə səbəbindən çətin günlər keçirən insanlara dəstək olmaq üçün bir sistem qurduğunu qeyd edib. Zelenska müxtəlif ölkələrin və Ümumdünya Səhiyyə Təşkilatının liderlərinin həyat yoldaşlarının da planı dəstəklədiyini açıqlayıb.
Birinci xanım proqram çərçivəsində ailə həkimlərinə, ictimai səhiyyə işçilərinə və müəllimlərə sürətli psixoloji dəstək üsulları üzrə təlimlərin keçiriləcəyini bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynada fevralın 24-dən başlayan işğalında minlərlə insan ölüb və ya yaralanıb, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb. Böyük dağıntılara səbəb olan müharibə son zamanlar şiddəti artıraraq ölkənin şərqində də davam edir.
Leyla, Medianew.az