Papa Fransiskin son açıqlaması onun istefa verəcəyi ilə bağlı şayiələri gücləndirib.
Medianews.az xəbər verir ki, son zamanlar səhhətində yaranan problemlərə görə təqaüdə çıxacağı deyilən Papanın avqust ayında Perdonanza Celestiniana festivalı üçün İtaliyanın L’Aquila şəhərinə səfər edəcəyini açıqlaması ilə yenidən söz-söhbətlər yenidən gündəmə gəlib.
Bu festivalın təşəbbüskarı 13-cü əsrdə yaşamış, tarixdə istefa vermiş ilk papa kimi tanınan V Selestina tərəfindən qoyulmuşdur.
Qeyd edək ki, bu yaxınlarda dizindən əməliyyat olunan Papa keçən ay əlil arabası ilə ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. Papa Fransiskin bəzi proqramları da səhhətində yaranan problemlərə görə ləğv edilib.
Xatırladaq ki, Papa 2013-cü ildə sələfi XVI Benediktin istefasından sonra seçilib.
Leyla, Medianews.az