İngiltərənin paytaxtı Londonda metro işçiləri maaşların artırılması və metroların işinin təkmilləşdirilməsi tələbi ilə tətilə başlayıblar.
Medianews.az xəbər verir ki, Dəmir Yolu, Dənizçilik və Nəqliyyat (RMT) İttifaqının rəhbərlik etdiyi 24 saatlıq tətil Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümü üçün 4 günlük Platin Yubiley qeyd etmələri bitdikdən sonra başlayıb.
Londonda bir çox metro stansiyaları bağlanıb və 4000-ə yaxın işçi tətilə qoşulub.
Məlumatda bildirilir ki, etirazlara səbəb 600 işçinin işdən uzaqlaşdırılması olub.
Leyla, Medianews.az