Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynaya uzaqmənzilli raketlər göndərəcəklərini açıqlayıb.
Medianews.az xəbər verir ki, Britaniyanın BBC telekanalının məlumatına görə, ilk növbədə Ukraynaya 3 raket sisteminin göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, Böyük Britaniyanın qərarı ABŞ-ın keçən həftə Ukraynaya təkmil raket sistemi göndərəcəyini elan etməsindən sonra verilib. ABŞ prezidenti Co Bayden Rusiya torpaqlarına hücum etməmək şərti ilə Ukraynaya orta mənzilli HIMARS raketlərinin göndərilməsini təsdiqləyib.
Rusiya isə bu qərara reaksiya verib və Vladimir Putin bildirib ki, Qərb Ukraynaya silah verməyə davam edərsə, Ukraynada daha çox yerləri hədəfə alacaqlar.
Leyla, Medianews.az