Medianews.az
İki körpəsini öldürən ana:
97 baxış

İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi”

Bir müddət əvvəl iki körpəsini öldürən Masallı rayonunun Qızılağac kənd sakini Kəmalə Bağışzadənin məhkəməsində bu hadisənin qandonduran təfərrüatları üzə çıxıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı qadın əvvəlcə 1 yaşlı oğlu Mülayim Bağışzadəyə sirkə turşusu içizdirib.

Bundan sonra uşağın vəziyyətinin pisləşdiyini, lakin ölmədiyi görən ana, ailə üzvülərinə körpənin soyuqladığı üçün nəfəs almaqda çətinlik çəkdiyini bildirib və azyaşlı Masallı Rayon Mərkəzi Xəstaxanasına çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq, Mülayim Bağışzadə ölüb. Bundan sonra Mülayim el adəti ilə dəfn olunub.

Maraqlıdır ki, Masallı Rayon Məhkəməsində uşağın ölümünün ilk səbəbi sətəlcəm göstərilib.

Mülayimin sətəlcəmdən ölmədiyi isə sonradan aparılan ekspertiza nəticəsində müəyyənləşib.

Bu il isə Kəmalə Bağışzadənin 5-ci övladı doğulub. O, dünyaya gətirdiyi övladının cinsinin qız olmasına etiraz əlaməti olaraq onu qəsdən öldürmək qərarına gəlib. Körpənin saxlanıldığı otağa daxil olan qadın onu boğaraq öldürüb və tibb bacısına uşağa yemək verərək qəfil halının pisləşdiyini bildirib. Ekspertiza aparıldıqdan sonra uşağın boğulma nəticəsində öldüyü üzə çıxıb.

Kamalə “Hazırda birgə nikahdan olan üç övladının ikisinin qız olmasını və ərinin onları necə qəbul etməsi” sualını cavablandıra bilməyib. O, qeyd edib ki, bu iki qız övladını da həyat yoldaşı Qadir çətinliklə qəbul edib.

Kəmalənin əri Qadir Bağışzadənin sözlərinə görə, 2025-ci ilin iyul ayında Rusiyada olarkən Kamilənin hamilə olduğunu öyrəndiyini, bu xəbəri normal qarşıladığını, lakin maddi çətinliklərin ola biləcəyini də düşünüb. Buna görə də, o, “uşağa baxa biləcəksinizsə baxın, bu sizin işinizdir” deyib. Həmin vaxt Məhərrəmlik ayı olduğuna görə Kamilə uşağın götürülməsinin günah olduğunu bildirib, əri də buna etiraz etməyib.

Qadir bildirib ki, Mülayimin doğulması barədə əvvəlcə məlumatı olmayıb. İkinci uşağının da arvadı tərəfindən öldürüldüyünü sonradan öyrənib. Qadir ifadəsində onu da bildirib ki, uşaqlara cinsiyyətinə görə fərq qoymur. O, bu cinayətə görə arvadı Kəmaləni bağışlamadığını dilə gətirib.

Qeyd edək ki, Kəmalə Bağızşadəninin 2019,2021 və 2022-ci il təvəllüdlü daha iki qızı və bir oğlu var. Mülayim cütlüyün dördüncü, boğub öldürdüyü körpə isə 5-ci övladları olub. Məhkəmənin hökmünə əsasən, iki körpəsini öldürən qadın 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bizə qoşulun