Bazar, 14 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycanda ana övladına ağır cəza istədi – “Tez çıxsa…”

TURAN
30/05/2022 15:26
154
BAXIŞ
FacebookTwitterTelegram

Gəncə şəhərində 1975-ci il təvəllüdlü Məhərrəm 1935-ci il təvəllüdlü anası Gülənbərə xəsarət yetirib.

Medianews..az “teleqraf.com”-a istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərərvurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zaur Hünbətovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm özünü Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi üzrə yox, Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.

Məhərrəm qeyd edib ki, anası Gülənbər və qardaşı Zakirlə birlikdə yaşayıb: “Son zamanlar anam və qardaşım yaşadığımız evdən mənə düşən mülkiyyət payından onların xeyrinə imtina etməyimi tələb ediblər. Mən də onlarla razılaşmırdım. Bu səbəbdən bir neçə dəfə mübahisələrimiz oldu. Onlarla münasibətim baş tutmadığı üçün evin ikinci mərtəbəsində tək yaşamışam. Anam və qardaşım isə evin birinci mərtəbəsində yaşayıblar”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü spirtli içki qəbul edib və yaşadığı evdə olub:

“Həmin vaxt anam Gülənbər qardaşımı bir neçə dəfə çağırdı. Qardaşım cavab vermədiyi üçün əsəbləşib birinci mərtəbəyə düşdüm, qardaşıma irad bildirdim. Bunun üstündə aramızda mübahisə oldu, dava elədik. Qardaşım yerdən daş götürərək evin həyətində başıma vurdu, alın nahiyəmdən xəsarət aldım. Zakirin məni döymək istədiyini gördüm. Onun üzərinə getdim, yumruqla vurmaq istədim. Anam bizi aralamaq istəyəndə yumruğum onun üz nahiyəsindən dəydi. Yaşlı qadın olduğu üçün o, özünü saxlaya bilmədi və pilləkəndən yerə yıxıldı”.

Məhərrəm deyib ki, bundan sonra qardaşı Zakir evdən gedib: “Mən yerə yıxılmış yaşlı anamı qucağıma götürdüm və evdə çarpayısına uzatdım. Özüm isə sərxoş vəziyyətdə olduğum və özümü yaxşı hiss etmədiyim üçün otağıma getdim, yatdım.

Bir saat sonra qardaşım Zakir məndən şikayət etdiyi üçün polis əməkdaşları gəldi, məni polis idarəsinə dəvət etdilər. Onlarla Nizami rayon Polis İdarəsinə getdim”.

Məhərrəm ifadəsinin sonunda məhkəmədən himayəsində azyaşlı iki əkiz və iki yetkinlik yaşına çatmayan uşaqları olmasının nəzərə alınmasını istəyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Gülənbərin ifadəsinə görə, oğlanları ilə yaşayır: “Kiçik oğlum Məhərrəm son zamanlar tez-tez içki içir, evdə mənimlə mübahisə yaradırdı. Ona görə də digər oğlum Zakirlə birlikdə evin birinci mərtəbəsində, Məhərrəm isə tək 2-ci mərtəbədə yaşayıb.

Hadisə günü saat 15 radələrində Məhərrəm evin ikinci mərtəbəsində içki içdi. Mən isə evin birinci mərtəbəsində yatdım. Həmin vaxt böyük oğlum Zakir evdə deyildi. Məhərrəm sərxoş vəziyyətdə evin birinci mərtəbəsinə gələrək mənimlə mübahisə etməyə başladı. Ona içki içməyi irad tutdum. Məhərrəm daha da əsəbləşərək üzərimə gəldi, sinəmin üstünə çıxaraq sifətimə və bədənimin müxtəlif nahiyələrinə dayanmadan yumruqla vuraraq məni döydü”.

Zərərçəkmiş şəxs qeyd edib ki, bundan sonra oğlu Zakir yaşadığı evə gəlib: “Üzümdə və bədənimin müxtəlif nahiyələrindəki xəsarətləri gördü. Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə və Nizami rayon Polis İdarəsinə bu barədə məlumat verdi. Polis İdarəsində araşdırma aparıldı, oğlum Məhərrəm barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi Nizami rayon məhkəməsinə göndərildi.

Nizami rayon məhkəməsinin hökmü ilə Məhərrəm Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Hökmdən narazı qaldığım üçün Gəncə Apellyasiya Məhkəməsinə vəsatət verdim. Məhərrəmə daha ciddi cəza verilməsini xahiş etdim. Çünki Məhərrəm azadlığa çıxdıqdan sonra yenə də məni döyüb, xəsarət yetirəcəyindən qorxdum”.

Gülənbər bildirib ki, Məhərrəm 2019-cu ildə onu döyüb və xəsarət yetirməsi ilə əlaqədar məhkəmədə işlərinə baxılarkən onu bağışlayıb: “Buna baxmayaraq o, əməllərindən əl çəkmədi. Məhərrəmin hərəkətlərindən artıq bezmişəm. Ona ən ağır cəza verilməsini istəyirəm”.

Məhərrəm 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

DAHA ÇOX OXU

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” – Ermənistan vətəndaşı
1-MANŞET

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” – Ermənistan vətəndaşı

13/08/2022 21:09
Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü – Bakıdakı qətlin təfərrüatı
1-MANŞET

Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü – Bakıdakı qətlin təfərrüatı

13/08/2022 21:07
İslamiadada skandal – Bu yarışın nəticələri ləğv edildi
1-MANŞET

İslamiadada skandal – Bu yarışın nəticələri ləğv edildi

13/08/2022 21:03
Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO
export

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO

13/08/2022 15:04
Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq
Cəmiyyət

Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

13/08/2022 14:59
Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama
Cəmiyyət

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama

13/08/2022 14:57
SON XƏBƏR
Nensi Pelosinin əri həbs edildi

Nensi Pelosinin əri həbs edildi

Konsertində Röya Ayxana gözlənilməz hədiyyə – VİDEO

Konsertində Röya Ayxana gözlənilməz hədiyyə - VİDEO

DSX Ermənistanın yalanını ifşa etdi – FOTOFAKT

DSX Ermənistanın yalanını ifşa etdi - FOTOFAKT

Xəbər lenti

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” – Ermənistan vətəndaşı

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” – Ermənistan vətəndaşı

13/08/2022 21:09

Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü – Bakıdakı qətlin təfərrüatı

Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü – Bakıdakı qətlin təfərrüatı

13/08/2022 21:07

İslamiadada skandal – Bu yarışın nəticələri ləğv edildi

İslamiadada skandal – Bu yarışın nəticələri ləğv edildi

13/08/2022 21:03

Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib

Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib

13/08/2022 18:06

Azərbaycanlı aktyor xəstəxanadan evə buraxılıb

Azərbaycanlı aktyor xəstəxanadan evə buraxılıb

13/08/2022 17:56

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən təlimdə iştirak ediblər

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən təlimdə iştirak ediblər

13/08/2022 17:48

Əliyev Ermənistana “yol xəritəsi” cızıb: Paşinyan isə icra edir, erməni silahlılar çıxarılır

Əliyev Ermənistana “yol xəritəsi” cızıb: Paşinyan isə icra edir, erməni silahlılar çıxarılır

13/08/2022 16:53

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

13/08/2022 16:11

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO

13/08/2022 15:04

Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

13/08/2022 14:59

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama

13/08/2022 14:57

Nusret Gökçe 4 aylıq GƏLİRİ İLƏ HƏR KƏSİ ŞOKA SALDI – FOTO

Nusret Gökçe 4 aylıq GƏLİRİ İLƏ HƏR KƏSİ ŞOKA SALDI – FOTO

13/08/2022 14:47

“Green card”la ABŞ-a köçdü, Silikon Vadisində işə düzəldi: Azərbaycanlı gəncin uğur hekayəsi

“Green card”la ABŞ-a köçdü, Silikon Vadisində işə düzəldi: Azərbaycanlı gəncin uğur hekayəsi

13/08/2022 14:38

Mövqelərimiz 8 dəfə atəşə tutulub

Mövqelərimiz 8 dəfə atəşə tutulub

13/08/2022 14:26

Ukraynanın aylıq büdcə kəsiri təxminən 5 milyard dollardır

Ukraynanın aylıq büdcə kəsiri təxminən 5 milyard dollardır

13/08/2022 12:59

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb

13/08/2022 12:39

Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar

Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar

13/08/2022 12:29

Dəhşətli qəzada həlak olan məşhur aktrisanın orqanları ehtiyacı olan insanlara bağışlanacaq – FOTOLAR

Dəhşətli qəzada həlak olan məşhur aktrisanın orqanları ehtiyacı olan insanlara bağışlanacaq – FOTOLAR

13/08/2022 12:22

Antalyaya uçan təyyarə Bakıda plandankənar eniş edib

Antalyaya uçan təyyarə Bakıda plandankənar eniş edib

13/08/2022 12:19

Türkiyədə İLK: Bu vəzifəyə qadın general olundu – FOTO

Türkiyədə İLK: Bu vəzifəyə qadın general olundu – FOTO

13/08/2022 12:13

Zakir Həsənov Ordumuza Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi

Zakir Həsənov Ordumuza Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi

13/08/2022 12:13

Çavuşoğlunun açıqlamalarından sonra suriyalılar üsyana qalxdı – VİDEO

Çavuşoğlunun açıqlamalarından sonra suriyalılar üsyana qalxdı – VİDEO

13/08/2022 12:06

Məşhur yazıçını “Şeytan ayələri” kitabını yazdığına görə boynundan bıçaqlandılar – ANBAAN VİDEO

Məşhur yazıçını “Şeytan ayələri” kitabını yazdığına görə boynundan bıçaqlandılar – ANBAAN VİDEO

13/08/2022 11:55

Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər

Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər

13/08/2022 11:30

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.