Çərşənbə, 29 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu

Elşad Paşasoy
25/05/2022 15:41
A A
14
BAXIŞ
FacebookTwitterTelegram

Türkiyənin sabiq baş naziri Binəli Yıldırım bu günlərdə tarixi etirafda bulundu. Təəssüf doğuran acı bir həqiqətdir, amma faktdır, deyilməsində, xatırlanmasında fayda var, haradan-haraya gəldiyimizi görüb də, birliyimizin, diriliyimizin qədrini bilək, şükranlıq edək və bir-birimizə daha çox sarılaq, düşmənlərimiz qəhr olsun, dostlarımız sevinsin.

Binəli bəy Yıldırım deyib: “Vaxtilə  Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı bütün dünyaya göndərə bildi”. Keçmiş hökumət başçısı bir neçə kəlməyə sığışdıra bilib üç onilliyi əhatə edən ağır dönəmi…Həm də Azərbaycan siyasi elitasına, ya ictimaiyyətinə deyil, Türkiyəyə xitab olaraq. Bununla da nə vaxtsa Azərbaycana kəm baxmağı ağılının ucundan keçirmək istəyənlərə mühüm mesaj vermiş olub, qardaşa qarşı azca diqqətsizlik olmaz, olmayacaq! Böyük Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri həm də müqəddəs vəsiyyət idi. Amma təəssüf, ara-sıra bu vəsiyyəti unudanlar da oldu.

иштфдш.jpg (68 KB)

Necə ki, Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə keçmiş SSRİ dövründə imperiya əsarətindən, sovetlərin zülmündən qaçan 146 azərbaycanlı hərbçinin “bizi özünüz güllələyin, amma rus əsgərlərinə verməyin”, – xahişinə rəğmən, CHP iqtidarı tərəfindən sovetlərə təhvil verildiklərini və Boraltan körpüsündən keçərkən onların qətlə yetirildiyini xatırladıb, tarixin qara ləkəsi olaraq. Elə ötən həftələrdə də Rəcəb Tayyib bəy bir daha xalqa xitabında bu faktı xatırlatdı. Bütün bunlar yanlışların bir daha təkrarlanmaması üçün ibrət dərsidir. Olub, bir daha olmasın, mesajıdır! Eləcə də Binəli Yıldırımın xatırladığı fakt…

Biz də qısa xatırlatma edək: Füzuli cəbhəsindən yeni dönən mərhum Prezident Əbülfəz Elçibəy bu sözləri Prezident Sarayında müsahibə verdiyi türkiyəli jurnalistə söyləmişdi.  Kəlbəcərin işğalından sonra olduqca ağır günlərini yaşayan Azərbaycan liderinə jurnalist Türkiyədən nə istədiyini soruşmuşdu… Cavabında “Kəlbəcər işğal olunanda insanları çöllərdən yığmaq üçün 4 dənə helikopter istədim, vermədilər, bundan sonra nə istəyəcəyəm, istəməyə lüzum qalırmı”-incik-incik söyləmişdi. Düzdür, bu mənada İran və Rusiyanın da adını çəkmişdi, onların humanitar yardımdan imtina etdiklərini söyləmişdi, amma aydın görünürdü ki, qardaş dövlətdən umduğu daha böyük imiş, dilinə, ürəyinə, əməlinə Türk kəlməsi hakim olan Elçibəyin. Təbii, uman yerdən küsərlər…

удсшиун.jpg (46 KB)

Elçibəy hökumətinin Türkiyəyə təhsil ardınca göndərdiyi tələbələr, zabitlər məktəbində təhsil alıb dönən hərbi kadrları da unutmamışıq. Amma axı hələ ötən əsrin əvvəlində “qardaş qardaşa borc verməz”, kəlamı yaddaşımıza hakimdir. Bunu Kəlbəcər işğal olunarkən Türkiyənin baş naziri olan Süleyman Dəmirəl də yaxşı bilirdi, şübhəsiz. Amma o zaman cənab Dəmirəl nəinki hərbi, heç sivilləri mühasirədən çıxartmaqdan ötrü bir neçə mülki helikopteri belə Azərbaycana göndərə bilmədi, NATO səddini aşaraq. Bəli, o zaman NATO-nun qardaş ölkədə mütləq söz sahibi olduğu dönəm idi. Bu səddi aşan siyasətçi gərək idi Türkiyəyə. Türk dövlətlərinə turnesindən sonra Prezident Turqut Özalın müəmmalı ölümü də sirr olaraq qaldı. Bu mənada bəlkə də bilmədiklərimiz kifayət qədərdir. Məsələn, Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə Ermənistana 42 ton taxıl göndərməyə Türkiyəni vadar edən qüvvələr var idi. Azərbaycanın uğurlu Ağdərə əməliyyatı ərəfəsində 17 türk zabitinin Bakıya səfəri haqda da – o vaxt baş nazir Dəmirəl idi – məlumatlar var. Amma gedişat göstərdi ki, biz daha çox bir yerdə olmalıydıq.

яутп.jpg (70 KB)

Amma ötən əsrin əvvəlində Zəngəzur dəhlizini qoparıb, iki Türk dövlətinin arasına “Hayastan” qanqalı əkənlər əsrin sonlarında da uzun həsrətdən sonrakı qovuşmağımızı əngəlləməkdən ötrü çeşidli planlar cızdılar, kifayət qədər iradə, qətiyyət sahibi olmayan hakimiyyətlərin əli ilə. Heç 90-cı ilin qanlı yanvar qırğınında da Türkiyə Azərbaycan xalqının hayında-harayında ola bilmədi, çünki ABŞ başda olmaqla, NATO Bakıdakı qanlı hadisələri “SSRİ-nin daxili işi” sayırdı. Bu münasibətlərin fonunda Türkiyə Qafqazlarda, o cümlədən Azərbaycanda baş verən hadisələrə müdaxilə edə bilmirdi, SSRİ ilə uzun illər “soyuq müharibə” aparan Alyansın mənzil qərargahından təlimat gözləyirdi. Sonrakı dönəmlərdə mərhum Prezident Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Fəxri vətəndaşı” adı verilən Dəmirəl “Bu gün Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir. Arzu edirəm ki, Azərbaycan dövlətinin yolu hər zaman açıq olsun”-deyirdi və onun səmimiyyətinə şübhə etmək üçün əsasım yoxdur. Amma acı fakt faktlığında qalır, necə ki, cənab Yıldırım da təəssüflə qeyd edib.

Sonrakı dönəmlərdə uzun yol qət edildi. Artıq Zəngəzur keçidinin hazırlıqları başlayıb. Asan olmadı. Haradan-haraya. Bir dönəm də oldu ki, Türkiyə hökumətini inandırmağa çalışdılar, Ermənistan saxta iddialarından əl çəkəcək, işğala son qoyacaq, sərhəd qapılarını bu ölkənin üzünə açın, deyə. Qardaş Türkiyə öncə bu vədlərə inandı, necə ki, zamanında Azərbaycanı sülh danışıqlarının perspektivinə, dünyanın “ədaləti”nə inandırmışdılar. Ancaq sonradan məkrli planların üstü açıldı, Türkiyə və Azərbaycan qətiyyətli şəkildə, birgə qərar verdi, addımlarını koordinasiyalı şəkildə atdı, araya təfriqə salmağa çalışanlara yerini göstərdi. Türkiyənin olmadığı yerdə Azərbaycan, Azərbaycanın olmadığı tədbirlədə Türkiyə “Bir millət, iki dövlət”in sözünü dedi.

xtq.jpg (104 KB)

2020-ci ilin yayında, Ermənistan Tovuz istiqamətindən xain hücuma keçəndə “Bu, Ermənistanın boyunu aşan hücumdur” söyləyib də, düşmənin havadarlarını nişan verən Türkiyə Prezidenti başda olmaqla, qardaş ölkənin bütün hərbi-siyasi-diplomatik cəbhəsində yer alan yetkililəri “sonadək Azərbaycanın yanındayıq” dedilər, Böyük Zəfərədək bizimlə bərabər gəldilər! Azərbaycan Prezidenti bu ay Türkiyənin Rizə şəhərindəki mərasimdə bir daha elan etdi: “Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqı İkinci Qarabağ müharibəsinin ilk günündən (27 sentyabr) son gününə (10 noyabr 2020-ci il) qədər Azərbaycanın yanında durdular. Bu müharibə Azərbaycanla Türkiyənin ortaq tarixi oldu. Vətən müharibəmizdə Türkiyənin dəstəyini unutmayacağıq. “Biz hər zaman bir yerdəyik. Xoş günlərdə, yaxşı günlərdə, pis günlərdə”.

Birliyimizin möhtəşəm ifadəsidir. Azərbaycanın ikinci prezidentinin dedikləri – əslində giley-güzarı – ilə dördüncü prezidentinin söylədikləri arasında yerlə-göy qədər fərq var. Göy demişkən, bu günlərdə Türkiyədən səmaya qalxan 2 “Bayraqdar Akınçı” pilotsuz uçuş aparatları 2 min km-lik məsafəni qət edərək Bakıya endi. 2-3 helikopterlə köməyə çatmayan keçmiş iqtidardan fərqli olaraq, 44 günlük savaşın ilk günlərindən Türkiyə özünün F 16 qırıcıları ilə yanımızda oldu, bütün təzyiqlərə, təhdidlərə məhəl qoymadan, qırıcılar Azərbaycanı tərk etmədilər. Elə bu günlərdə Bakı səmasında “Türk şahinləri”in əsrarəngiz uçuşlarını izləyirik. Şahinlər ilk dəfə 2001-ci ildə, Azərbaycana qarşı cənub təhdidi yaradılanda qoşa bayraqlarımızla uçuşlar həyata keçirmişdilər. Qələbə paradında da iki lider qoşa dayandı tribunada, zəfərimizi birgə qeyd etdik.

йшкшсш.jpg (66 KB)

Keçən ilin 15 iyununda Şuşa Bəyannaməsi imzalandı, müttəfiqliyimiz, birliyimiz “olmazsa, olmaz”a çevrildi növbəti “daşdan keçən” sənədlə. Fakt budur ki, tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir birinə yaxın olmayıblar. Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana xalqına qarşı törətdiyi soyqırımı durdurmaq, dinc əhalini xilas etmək istiqamətində Türkiyə bizə yardım əlini uzada bilməmişdi. Baxmayaraq ki, 1918-ci ildə belə, Osmanlı Türkiyəsi bunu bacarmışdı, böyük savaşdan ağır nəticələrlə çıxmışdı. Cümhuriyyətimizi məhz xilaskar Türk Ordusunun dəstəyi, Bakı başda olmaqla, torpaqlarımızı daşnak və bolşeviklərdən azad etməsi, Azərbaycan xalqının son nəfərinədək qırılmasının qarşısını alması nəticəsində qazanmışdı. 90-larda ortada o iradə olmadığı üçün 20 Yanvarda, Sumqayıtda, Xocalıda, Bağanis Ayrımda, Ağdabanda, Başlıbeldə…qırdılar bizləri, torpaqlarımızı işğal etdilər.

Amma indi Türkiyə tam Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tam realizə olunur. Ortada Şuşa Bəyannaməsi var: Türkiyəyə qarşı hücum Azərbaycana, Azərbaycana hücum Türkiyəyə qarşı təhdid hesab olunacaq və BİR MİLLƏTİN TƏK ORDUSU hərəkətə keçəcək!

ыы.jpg (117 KB)

Kimsə şübhə etməsin ki, münasibətlərin bu zirvəyədək, Şuşa Qalasında imzalanan mübarək müqaviləyədək qalxması iki liderin böyüklüyünün, uzaqgörənliyinin, dostluğunun-qardaşlığının və siyasət uzmanı olmalarının məntiqi nəticəsidir. Bəli, tarixi əsaslar var, bu barədə çox yazılıb, deyilib. Amma bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir. Əks təqdirdə, 90-ların qanqaraldıcı helikopter söhbəti olmazdı, bizi incitməzdi. Bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və sairlə bağlı özləri qərar verən,  maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran  güclü dövlətlərdir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizi müxtəlif qütblərə çəkməyə çalışan güc mərkəzlərinə qətiyyətli şəkildə sözünü deyir hər zaman, müstəqil kursa sahib olduğunu və nəyi, nə zaman demək, hansı addımı nə vaxt atmaqda söz sahibidir. Eynilə Prezident Ərdoğanın qətiyyəti onun Qarabağ müharibəsində Azərbaycana birmənalı dəstəyi ilə bir daha hər kəsə əyan oldu. Baxın, bu gün cənab Ərdoğan NATO-ya üzvlük məsələsində şərtini irəli sürür, Türkiyənin dövlət və milli maraqlarını önə çəkir, dünyanı təhdid edən terrorizmə, həmçinin işğalçı meyllərə qarşı qətiyyətlə sözünü deyir, müxtəlif paytaxtların təzyiq və ya şantajlarına boyun əymədən. Bu, iki lider nəinki ölkələrini, həmçinin bəşəriyyəti düşünürlər, Əliyevin pandemiyadan xilas naminə BMT səviyyəsində təşəbbüsləri, Ərdoğanın bütün risklərə rəğmən Ukraynaya açıq dəstəyi nümunə… “Yurda sülh, cahanda barış” amalı ilə çalışır Türk liderlər. Zamanında NATO təhdidindən ehtiyatlanıb qardaşına helikopter göndərə bilməyənlərdən fərqli olaraq, bu gün dost ölkəyə “Xilaskar Bayraqdar” göndərən – həm də Qarabağ səmasında düşmənin başına od ələyən “Bayraqdar”ı – güclü Türkiyə, onun əzmkar lideri var.

de8d60fa913d4597ab4ec717d6908008.jpg (48 KB)

Və Ankaradan Bakıya “Hörmətli cənab Prezident, Əziz Qardaşım”, xitabı ilə başlayan təbrik məktubu: “Can Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu mühüm və əlamətdar ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş Azərbaycanın haqlı qürurunu və həyəcanını ürəyində böyük xoşbəxtlik hissi ilə duyur. “Bir millət, iki dövlət” şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram. Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifahının davamlı olması üçün ən xoş diləklərimi bir daha ifadə edirəm”.

еп.jpg (118 KB)

Qardaşlığın tərənnümüdür Cumhurbaşqanı Ərdoğanın Prezident Əliyevə yolladığı məktub. Saatlar sonra özü də təşrif buyuracaq, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalında iştirak üçün. Gözümüz üstə yeri var, qardaşın gəlişi hər zaman xoş olar…

DAHA ÇOX OXU

Köşə

Qrant qırğını: kim haqlıdır?!

29/06/2022
Köşə

Sınan yerimizin bağlı qalması

26/06/2022
Köşə

Nikol və Ararat Minsk Qrupunun “yas zalı”na çələng göndərəcəkmi?..

26/06/2022
1-MANŞET

Avtoqəzada gəbərən Sərkisyan – Azərbaycan komandoları uzaqda deyil!

26/06/2022
1-MANŞET

“Hər şey Quql-da var” və ya III Msvatinin yoxa çıxmış Svazilendi

26/06/2022
Köşə

Lavrov özününkülərin “yara”sına niyə duz basdı? – Bitməyən erməni sırtıqlığı

25/06/2022
SON XƏBƏR

Müharibənin dəhşətli üzü - kütləvi aclıqdan necə xilas olmalı?

Çörəyini ayaqlayanlar

Zakir Həsənov Səlcuq Bayraqdarla görüşüb - FOTOLAR

Xəbər lenti

Azərbaycan Prezidentinin də iştirak etdiyi sammit başladı – Fotolar

2022/06/29 16:56

Bu gündən Bakıda bu ərazilərdə pulsuz Wi-Fi xidməti ləğv olunur

2022/06/29 16:35

“Zərdabi mediasının hədəflərindən çox uzağıq”-Media eksperti

2022/06/29 16:22

Gürcüstan səfiri quru sərhədin açılması ilə bağlı DANIŞDI

2022/06/29 16:09

Dünya trans gözəllik müsabiqəsinin qalibi o oldu – FOTOLAR

2022/06/29 16:02

Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binası bu quruma verildi

2022/06/29 15:38

Qrant qırğını: kim haqlıdır?!

2022/06/29 15:26

Əhaliyə şad xəbər: Bakı-Quba yolu bu tarixdə açılacaq

2022/06/29 14:47

NATO-Rusiya müharibəsi başlayır? – Tarixi AÇIQLAMA

2022/06/29 13:56

Azərbaycan və Türkmənistan Prezidentləri görüşdü

2022/06/29 13:10

Türkiyə istədiyini aldı: “Ərdoğan zəfərlə qayıdır”

2022/06/29 13:06

“Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”- Millət vəkili

2022/06/29 12:57

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb

2022/06/29 12:36

Ərdoğan Makronla görüşüb

2022/06/29 12:11

“Finlandiya, İsveç və Türkiyə daha sıx əməkdaşlıq edəcəklər”

2022/06/29 11:37

Bu ölkədə bərbərlərə xəbərdaqlıq edildi: Saçları çox yumayın

2022/06/29 11:18

Boris Consondan Türkiyə şərhi

2022/06/29 11:01

ABŞ-dan Rusiyaya daha bir sanksiya

2022/06/29 10:44

Almaniya kansleri: Putin bu müharibədə qalib gəlməməlidir

2022/06/29 10:30

Yunanıstanda 4 nöqtədə meşə yanğını

2022/06/29 10:15

Cüneyt Arkının vəsiyyəti açıqlandı

2022/06/29 10:11

Bolqarıstan 70 rus diplomatını casusluqda ittiham edərək ölkədən çıxarır

2022/06/29 09:58

Dörd ayda Azərbaycanda 18 mindən çox cütlük nikaha daxil olub

2022/06/29 09:55

Müdafiə Nazirliyi açıqlama yaydı: Kəlbəcərdə nə baş verib?

2022/06/29 09:39

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.