Çərşənbə, 29 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Palçıq – patriotluq meyarı və ya Şorsulu torpağı müqəddəs deyilmi?

Samir Sarı
18/05/2022 10:33
A A
13
BAXIŞ
FacebookTwitterTelegram

Uzun illər öncə idi. Yağışlı bir gündə avtobusla Müşfiqabad qəsəbəsindən “20 Yanvar” metro stansiyasına gəlirdim. Avtobusumuz At yalını (belə bir yaşayış məntəqəsi var) keçdi, Mexkalona (belə biri də var) çataçatda, yeni salınmış, adına Nübar deyilən yaşayış məntəqəsinin dayanacağında saxladı ki, sərnişinləri götürsün.

Avtobusa geyimindən müəlliməyə oxşayan gənc qadın və 3-4 kişi mindi. Kişilərin hamısının ayaqqabısı el arasında “zığ-zımırtdağ” kimi ifadə olunan palçığa bulaşıq idi, qadının ayağındakı yarımboğazlı ayaqqabı isə diricə sellofon torbaların içindəydi. Avtobusdakıların heç biri ona qəribə baxmadı, əksinə, anlayışla baxdılar.

Avtobusumuz camaatın hələ də “Respublikanski balnisa” adlandırdığı tibb müəssisənin yanında saxlayanda ayaqqabısı sellofon torbaların içində olan qadın avtobusdan ehmalca endi, ayağındakı torbaları çıxartdı, ətrafa göz gəzdirdi, zibil qabına oxşayan bir şey tapdı, torbaları ora atdı, sonra ayaqqabısı təmiz şəkildə metroya tərəf yönəldi. Kişilər isə ora-bura boylandılar, sonra parkın girəcəyindəki çayxananın həyətində şlanqdan axan suya tərəf getdilər, növbə ilə ayaqqabılarının palçığını yuyub təmizlədilər ki, metroya o biabırçı gündə düşməsinlər.

Sonrakı yağışlı günlərdə fikir verdim ki, At yalı ilə Mexkalonun arasındakı dayanacaqda ayaqqabılarını palçıqdan sellofon torbayla qoruyanların sayı artıb. Bəziləri torbasını elə avtobusa minəndə çıxarırdı, bəziləri “20 Yanvar”a qədər ayağı torbalı gəlirdi. Başqa variant yox idi. O vaxtlar oralar da, hətta Müşfiqabadın əsas və ara yolları da yağış yağanda lehmə, lıqqa olurdu, sərnişinlər “20 Yanvar”da ayaqqabı təmizləmək məcburiyyətində qalırdılar. Hətta bununla bağlı bir zarafat da vardı, deyirdilər ki, əgər “20 Yanvar”da ayaqqabısı palçıqlı adam gördünüzsə, bilin ki, Müşfiqdən gəlib (Müşfiq, yəni Müşfiqabad – – qədirşünas camaatımız qəsəbənin adındakı “abad”ı çoxdan ixtisar edib).

Ona görə də Şuşada yağan yağışda ayaqqabılarını palçıqdan qorumaq üçün ayağına klinika baxılı geyənlərin şəklini görəndə heç təəccüblənmədim və burada antimilli, qeyri-vətənpərvərlik, hətta manqurtluq elementləri görmədim.

Yağış torpağı At yalında da palçığa döndərir, Şuşada da. Hər iki variantda palçıq diskomfort yaradır və insanlar bacardıqca ayaqlarını bulaşdırmaq istəmirlər. Ayaqqabısını təmiz saxlamaq insanın özündən çox, avtomobilə minəcəksə, sürücüyə, otelə girəcəksə, xadiməyə hörmət etməkdir. Bir baxılla bu problem həll olunursa, nədən olmasın?

“Şuşanın müqəddəs torpağı” nə deməkdir? Lap Məkkənin torpağıdır, yağış yağıb, torpaq palçığa dönüb və mədəni insan üst-başını da, ayaqqabısını da palçığa bulaşdırmamalıdır ki, başqalarına narahatlıq yaratmasın. Yox, Şuşanın palçığı belə müqəddəsdirsə, onda onun üstünə ayaqqabıyla çıxmayaq, Cıdır düzündə ellikcə ayaqyalın gəzək.

Bu demaqogiyadır. “Müqəddəs vətən torpağı” deyilərkən, heç torpağın 40 santimetrlik bərəkətli humus qatı da nəzərdə tutulmur, vətənin ərazisi, sərhədinin içi, onun toxunulmazlığı nəzərdə tutulur. Şuşa torpağı necə müqəddəsdirsə, Salyanın Şorsulu kəndinin torpağı da eləcə müqəddəsdir.

Ona görə də hansısa məmuru, naziri, səfiri tənqid, qınaq hədəfi etməyə çalışarkən söhbətə baxıl-maxıldan girmək lazım deyil. Tam əksəriyyətinin fəaliyyətində kifayət qədər neqativ hallar (korrupsiya, yerlibazlıq, səriştəsizlik və s.) var, onlardan danışmaq lazımdır.

Ancaq baxıram ki, bir həftədir sosial şəbəkədə müqəddəs torpaq-baxıl-ayaqqabı-palçıq-məmur söhbəti gedir. Bir həmkarımızın müvafiq statusuna yarızarafat-yarıciddi şərh yazmışam ki, müğınni-səfirin ayaqqabasını baxıla salması anlaşılandır, çünki səhnəyə çıxacaqdı, səhnəni palçığa batırsaydı, ondan sonra çıxış edən rəqqasələr sürüşüb yıxılardılar. Adam götürüb mənə cavab yazıb: “Bu səfiri müdafiə cəhdidir, yoxsa xalqın dəyərlərinə qarşı çıxmaqdır?”

Ta heç nə. Sinnimizin bu vədəsində palçığın milli dəyər olduğunu da öyrəndik.

İndi kimsə pafosa basacaq ki, vətən torpağının palçığına da qurban olum, lıqqasına da. Boşboğazlığa və hansısa yaşayış məntəqəsini fetişləşdirməyə gərək yoxdur. Ayaqqabısı, üst-başı palçığa batmaq vətənpərvərlik meyarı olsaydı, o zaman ən böyük patriotlar palçığa çəkinmədən girən eşşəklər və lığda uzanıb gövşəyən camışlar olardı.

DAHA ÇOX OXU

Köşə

Qrant qırğını: kim haqlıdır?!

29/06/2022
Köşə

Sınan yerimizin bağlı qalması

26/06/2022
Köşə

Nikol və Ararat Minsk Qrupunun “yas zalı”na çələng göndərəcəkmi?..

26/06/2022
1-MANŞET

Avtoqəzada gəbərən Sərkisyan – Azərbaycan komandoları uzaqda deyil!

26/06/2022
1-MANŞET

“Hər şey Quql-da var” və ya III Msvatinin yoxa çıxmış Svazilendi

26/06/2022
Köşə

Lavrov özününkülərin “yara”sına niyə duz basdı? – Bitməyən erməni sırtıqlığı

25/06/2022
SON XƏBƏR

PTT baş direktoru güldü, məclis qarışdı

Ərdoğanın evinin qarşısında atəş açdı - “Mən Məsihəm”

Finlandiya və İsveçdən NATO addımı

Xəbər lenti

Bu gündən Bakıda bu ərazilərdə pulsuz Wi-Fi xidməti ləğv olunur

2022/06/29 16:35

“Zərdabi mediasının hədəflərindən çox uzağıq”-Media eksperti

2022/06/29 16:22

Gürcüstan səfiri quru sərhədin açılması ilə bağlı DANIŞDI

2022/06/29 16:09

Dünya trans gözəllik müsabiqəsinin qalibi o oldu – FOTOLAR

2022/06/29 16:02

Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binası bu quruma verildi

2022/06/29 15:38

Qrant qırğını: kim haqlıdır?!

2022/06/29 15:26

Əhaliyə şad xəbər: Bakı-Quba yolu bu tarixdə açılacaq

2022/06/29 14:47

NATO-Rusiya müharibəsi başlayır? – Tarixi AÇIQLAMA

2022/06/29 13:56

Azərbaycan və Türkmənistan Prezidentləri görüşdü

2022/06/29 13:10

Türkiyə istədiyini aldı: “Ərdoğan zəfərlə qayıdır”

2022/06/29 13:06

“Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”- Millət vəkili

2022/06/29 12:57

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb

2022/06/29 12:36

Ərdoğan Makronla görüşüb

2022/06/29 12:11

“Finlandiya, İsveç və Türkiyə daha sıx əməkdaşlıq edəcəklər”

2022/06/29 11:37

Bu ölkədə bərbərlərə xəbərdaqlıq edildi: Saçları çox yumayın

2022/06/29 11:18

Boris Consondan Türkiyə şərhi

2022/06/29 11:01

ABŞ-dan Rusiyaya daha bir sanksiya

2022/06/29 10:44

Almaniya kansleri: Putin bu müharibədə qalib gəlməməlidir

2022/06/29 10:30

Yunanıstanda 4 nöqtədə meşə yanğını

2022/06/29 10:15

Cüneyt Arkının vəsiyyəti açıqlandı

2022/06/29 10:11

Bolqarıstan 70 rus diplomatını casusluqda ittiham edərək ölkədən çıxarır

2022/06/29 09:58

Dörd ayda Azərbaycanda 18 mindən çox cütlük nikaha daxil olub

2022/06/29 09:55

Müdafiə Nazirliyi açıqlama yaydı: Kəlbəcərdə nə baş verib?

2022/06/29 09:39

Prezident Elman Rüstəmovla bağlı sərəncam İMZALADI – RƏSMİ

2022/06/29 09:17

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.