Çərşənbə axşamı, 28 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Dişdişyanın mono-komandası və “qamar coba” əhvalatı

Samir Sarı
15/04/2022 10:34
3
BAXIŞ
FacebookTwitterTelegram

Bildiyiniz kimi, axır vaxtlar dünyada millətlərin, demək olar ki, hamısının başı çönüb, savadlı adamlar demişkən, ksenofobiyaya meylləniblər. Daha anlaşıqlı dildə desək, millətçilik xətti çox güclənib.

Biz 5-6 ildir millət, vətən, bayraq söhbəti edirik, amma camaat öz millətinə önəm verməyin, soydaşını qolundan tutub qabağa çəkməyin kitabını hələ ötən əsrlərdə yazıb.

O gün “Mosfilm” studiyasında istehsal olunmuş bir detektiv seriala baxırdım, birinci seriyası bitəndə gözümə sataşdı ki, ard-arda düzülmüş soyadlardan 6-sı “yan”la bitir: “Levon Manasyan, Armen Arutyunyan, Baqrat Çalabyan, Sergey Danielyan, Aram Movsesyan, Ruben Dişdişyan. Bunlar filmin prodüsserləri idi. Sonra fikir verim ki, filmin ideya müəllifi də, bir çox başqa işlərini görənlər ermənilərdir.

Bu, nəyin göstəricisidir? Onun ki, filmin baş prodüsseri olan Dişdişyan tanıdığı erməniləri yığıb başına. Adam fikirləşib ki, pulumuzu it-qurd yeməsin, özümüzünkülərə nə gəlib?

Onlar elədirlər. Birini hansısa işə, layihəyə cəlb edəndə birinci milliyətinə, sonra bacarığına baxırlar. Hərçənd, prinsipcə, əksinə olmalıdır.

Bu xüsusda bir lətifə var: Filarmoniyanın orkestrinə 10 musiqiçi lazım olur. Elan verirlər, 100 namizəd gəlir – 10-u yəhudi, 90-nı rus. Rəhbərlik oturub kimi işə qəbul edəcəkləri barədə müzakirə aparır. Direktorun patriot müavini deyir ki, burada çətin iş yoxdur, işə 9 rus və bir yəhudi qəbul edək. O biri yəhudi-müavin deyir, yox, gəlin 9 yəhudini və bir rusu işə götürək. Üçüncü, demokrat müavini deyir, ədalətli olaq, 5 rus götürək, 5 də yəhudi. Axırda direktor əsəbiləşir, deyir, hamınız şovinistsiniz, işə musiqi alətində daha yaxşı çalanı götürmək lazımdır.

Biz ermənilər kimi deyilik, amma bunu öz minusumuz sayırıq və var gücümüzlə çalışırıq ki, elə olaq. Hələlik ölkə daxilində müəyyən nailiyyətlər əldə etmişik, əlimizə babat vəzifə düşəndə ətrafımıza rayonlularımızı, həmkəndlilərimizi toplayırıq. Yavaş-yavaş bu trendi beynəlxalq səviyyəyə çıxara bilsək, gün gələcək, başqa ölkələrdə vəzifəyə gələnlərimiz böyür-başlarına öz soydaşlarını (böyük ehtimalla öz kəndçilərini) yığacaqlar.

Bax, odur, Fransada seçki ikincisi kim olub, bilirsiniz? Bilirsiniz. Marin Le Pen olub. O, atadangəlmə şovinistdir, oturur-durur, deyir, gəlmələr Fransadan rədd olsun, Fransa fransızlar üçündür. Fransızlar da bu mövqeyinə görə onu çox istəyir. Bir az can qoysalar, o biri faşistləri, vətənpərvərləri də Le Penin ətrafında sıx birləşdirsələr, ikinci turda Makrona qalib gələcəklər. Ondan sonra Fransadakı qaradərililərin qara günü başlayacaq.

Bunları yazıram, yadıma tələbə vaxtı başıma gələn bir əhvalat düşür. Deməli, sovet vaxtıdır, Gəncədə univermağın yanındakı dayanacaqda durub mikroavtobus gözləyirdim. Birdən məndən bir az aralıda Kutaisidən yuxarı sinif şagirdlərini Gəncəyə gəzməyə gətirən avtobus dayandı. Şagirdlər yerə tökülüşdülər, gürcü dilində bərkdən-bərkdən danışa-danışa yanımdan keçəndə onların dilində bildiyim 5 sözdən ikisini dedim: “Qamar coba”. Uşaqlar dayandılar, geriyə dönüb o biri uşaqlara da nəsə dedilər. Bir anın içində ətrafıma oğlanlı-qızlı 8-9 şagird yığıldı, bir-birinin sözünü kəsə-kəsə elə hey nəsə soruşurdular. Birtəhər anladım ki, onlar bu qərib şəhərdə  gürcüyə rast olduqlarına çox seviniblər, indi Gürcüstanın harasından olduğumu, bura nəyə gəldiyimi və s. soruşurlar. Naəlac qalıb rusca izah elədim ki, gürcü deyiləm, sadəcə, gürcü dilində beş söz bilirəm. Uşaqlar göz-görəti məyus oldular, bir anda sifətləri çöndü, əllərini yelləyib getdilər. Amma gürcü olsaydım…

Yeri gəlmişkən, gürcü dilində bildiyim o biri üç söz hansısa gürcü yazıçısının əsərindən yadımda qalan “Şoni deda vatire”ydi. Bu, yumşaldıb desək, “sənin ananı ağladaram” deməkdir, amma “qamar coba”dan sonra onu işlətməyin yeri yox idi.

Biz xaricdə olanda dükan-bazarda, hoteldə ana dilimizdə danışan adamlar görəndə, etiraf edək ki, yaxınlaşıb, tanış olmaq, söhbət eləmək istəmirik. Hətta tez-tələsik üzünü çevirib aradan çıxanlar olur ki, birdən o biri azərbaycanlı yaxınlaşar, söhbətə tutar, tanış olmaq istəyər.

Bunun çoxlu obyektiv və subyektiv səbəbləri var, uzun söhbətdir.

Ona görə də biz hələ Dişdişyanın rus studiyasında çəkdiyi filmlərin yaradıcı heyətinə öz millətinin övladlarını cəlb etməsinə hələ çox heyrətlənəcəyik.

DAHA ÇOX OXU

Flash

Sərhəd üzərində uçan qırıcı… – İran dostluq, qonşuluq bağlarını qıra-qıra gedir

13/03/2023 12:31
Flash

Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!

13/03/2023 12:30
Flash

Rəqqasədən öyrəndiklərim

13/03/2023 12:15
Flash

Casusluq ittihamı ilə tutulanların vinyetkası

13/03/2023 12:11
Flash

5-ci kolona xidmət edən zootexnik

05/03/2023 19:07
Köşə

Azərbaycanlı mollanın ölümü

04/03/2023 10:12
SON XƏBƏR

Kiyevdə metronun fəaliyyəti bərpa olundu

Avropa İttifaqı Rusiya neftindən imtina edəcək

Azərbaycana giriş üçün PCR testinin ləğvi yoluxmanı ARTIRACAQ? - TƏBİB-dən AÇIQLAMA

Xəbər lenti

“Dilarə Əliyeva qəbiristanlıqda qaynatasına dedi ki…”

28/03/2023 05:12

Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər həbs ediliblər – VİDEO

27/03/2023 23:11

Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək – Qış soyuğu düşəcək

27/03/2023 22:20

Məşhur müğənninin avtomobilini oğurladılar – FOTO

27/03/2023 22:00

AFFA “Qarabağ”ın futbolçusunu milliləşdirmək istəyir

27/03/2023 21:45

İstanbulda akvakultura yoxlamasında “kriptik köpəkbalığı” ələ keçirildi

27/03/2023 21:30

Səmada nadir hadisə: Ay Venera ilə yan-yana – VİDEO

27/03/2023 21:13

Ticarət mərkəzində biabırçılıq: Qızlar əlbəyaxa oldu – VİDEO

27/03/2023 20:54

Hacı Nuranın köməkçisi aparıcının SON DURUMUNDAN DANIŞDI

27/03/2023 20:39

Polis bu uşaqla bağlı əhaliyə müraciət etdi – DİQQƏT!

27/03/2023 20:26

Yoldaşınnı və uşaqlarının üzərinə benzin tökərək özünü bıçaqlayan şəxs sərbəst buraxılıb

27/03/2023 20:13

Ərdoğan: “Narahat olmayın, bütün bunların öhdəsindən gələcəyik”

27/03/2023 19:59

“Moskva İrəvanın bu addımını qəbuledilməz hesab edir” – Rusiya XİN

27/03/2023 19:45

Süni intellekt aparıcılıq etdi – VİDEO

27/03/2023 19:36

İsrailin bu ölkələrdəki səfirlikləri fəaliyyətlərini dayandırdı

27/03/2023 19:21

Türkiyədə növbəti ZƏLZƏLƏ

27/03/2023 19:00

Həkimlərin maaşlarına əlavələrin müddəti uzadıldı

27/03/2023 18:33

Ramazan ayında ən çox verilən SUALLARA CAVABLAR

27/03/2023 18:18

Türkiyədən Fransaya ETİRAZ NOTASI – NƏ BAŞ VERİR?

27/03/2023 18:14

Azərbaycanlı müğənni qəfil dünyasını dəyişdi

27/03/2023 17:58

“Onu öldürüb sonra öləcəm…” – Tağı Əhmədovdan ƏSƏBİ REAKSİYA

27/03/2023 17:53

Müğənni aylıq 600 mini rədd etdi

27/03/2023 17:33

XƏBƏRDARLIQ! – Bu tarixdən hava kəskin dəyişir

27/03/2023 17:27

Xuraman Əlizadə: “Bəlkə heç Oqtay müəllim ölməyib?” – VİDEO

27/03/2023 17:22

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.