Bazar ertəsi, 6 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Hozu kişilərin arxasındakı əlibaltalı qadınlar

Samir Sarı
05/01/2022 11:57
3
BAXIŞ
FacebookTwitterTelegram

Saytlardan, sosial şəbəkələrdən qaramat tökülür. Xəbərlər elədir ki, ən nikbin adamı belə depressiyaya sala bilər – eyzən qanqaraçılıq, teyxa bədnibətlik…

Avropada, Qazaxıstanda qazın qiyməti artıb, Azərbaycanda unun, Türkiyədə hər şeyin. Dünyanın yerdə qalan ölkələrinin də hamısında nələrinsə qiyməti qalxıb, insanlar pəjmürdə və əndişəli, əsəbi və gərgindir.

Bəşəriyyətin gələcəyi yaxşı görünmür. Ekoloji fəlakətlər bir-birini əvəz edir, lokal müharibələr artır, qaçqın-köçkün axını dünyanı basır, aclıq, kasıbçılıq tüğyan edir, ən firavan ölkələr belə iqtisadi böhrana qədəm qoyurlar.

Belə baxanda yeganə xoşbəxt və nikbin ölkə, deyəsən, Hindistandır. Təxminən 1 milyard kasıbı olan ölkə 3-4 ilə əhalisinin sayına görə dünya birincisi olacaq. İnduslar kasıbçılıq, aclıq bilmədən gecəbə-gündüz çalışır, ölkələrinin və dünyanın kasıblarının sayını artırırlar. Bir ağsaqqalları da yoxdur ki, qabağa çıxıb desin ki, bəsdirin, dinc durun, saxlaya biləcəyiniz qədər uşaq əkin, nə xəbərdir.

Qazaxıstandan gələn xəbərlər də ürəkaçan deyil. Qazaxlar müdrik və savadlı, sakit və mülayim, üstəlik, yeyib-içən camaatdır, hələm-hələm ortalığa çıxıb demaqoqluq eləməzlər, amma üzləri çönüb artıq. İndi görün, hökumətin qərarları qazaxların incə damarına necə yoğun iynə olubsa, meydana yeriyiblər, deyirlər, xvatit uje. Beləcə də deyirlər, rus dilində. Prezident Tokayev də onlara rusca deyib ki, ladno, razoydites, vse budet v poryadke (yəni “anlaşıldı, dağılışın, hər şey qaydasında olacaq”).

Odur, ermənilər 1 il 2 ay 44 gündür meydandan yığılmırlar, amma əllərindən bir iş gəlmir, hökuməti aşıra bilmirlər. Qazaxlar isə bir həmləylə hökumətin istefasına nail oldular. İntəhası, bu ona oxşayır ki, hansısa nəqliyyat şirkətinin rəhbərliyinin qiymət siyasətinə etiraz edəsən, şirkət də tutub iki sürücünü işdən çıxarda ki, problem həll olundu.

Bizdə hələlik çörəyin qiymətinin dəyişməsinə görə bir balaca giley-güzar var, amma, maşallah, artıq oxumuş adamlar sübut edirlər ki, düzü budur, belə olmalıdır, çünki bu, qlobal prosesdir, qonşudan dala qalmaq olmaz, iqtisadi inkişaf templəri və beynəlxalq iqtisad böhran tendensiyasi tələb edir ki, nə bilim, nə… Qəliz məsələdir. Belə məsləhətdir.

İndi bəzi dostlar iddia edirlər ki, qazın, işığın, suyun, yanacağın, ispanağın, şüyüdün qiymətinə baxmayın, çörəyin qiyməti ilə oynamağın axırı pis ola bilər. Onlar da haqlıdır. Çörəklə bağlı xof yüz illərdir insanların canındadır, genə, iliyə işləyib. Hər şey bol və müftə olsun, heç kəsin eyninə olmaz, bircə dənə çörək baha olsun, bu coğrafiyanın adamları təlaşlanacaq. Psixoloji məsələdir, bir azca da sosioloji.

Öz ölkəmizin kriminogen durumuna dair xəbərlər isə daha məyusedicidir. Baltayla qətl xəbərləri gəlir: “Bakıda kişi arvadını balta ilə öldürüb”; Astarada qardaş bacıları tərəfindən baltalanıb; “Azərbaycanda qadın ərini yataqda baltalayaraq öldürüb”.

Göründüyü kimi, baltayla cinayət işləmək xüsusunda ümumi hesab qadınların xeyrinə 2:1-dir. Bu, yeni tendensiyadır. Hərçənd ilk presedent deyil. Keçən il də qadınlar baltayla kişilərə nisbətən daha çevik tərpənmişdilər, hesabda önə çıxmasalar da, müəyyən nailiyyətlər əldə etmişdilər. Bu il isə açıq-aşkar öndədirlər. Belə getsə, aradakı fərqi aça bilərlər.

Əlbəttə ki, günah kişilərdədir. Yüyürən at özünə balta vurdurmaz. Ona görə də kişilər meydana tökülüb “kişi qətlləri siyasidir”, “hökumət hara baxır” deyə demaqoqluq edə bilməzlər.

Qoy heç kəs unutmasın ki, hər hozu kişinin arxasında bir əlibaltalı qadın dayanır.

Yox, elə çıxmasın ki, müəllif kişilərin baltalanmasına haqq qazandırır. Elə deyil. Hələ detalları bilmirik. Bildiyimiz odur ki, qadınlar dünyasında məcbur olmadıqca baltaya, bıçağa əl atmazlar. O bəzi kişilərdir, bəzən arvadlarını sırf zövq üçün döyürlər. Qadınlar isə kişini zövq üçün baltalamırlar – burası yüzdəyüzdür.

Ola bilər, burada 2022-ci ilin təhvil olduğu Zodiak bürcünün də təsiri var. İl Pələng ilidir. Bildiyimiz kimi, Pələngin (aslanın) erkəyi-dişisi olmaz. Belə anlaşılır ki, əslində bu il əlibaltalı dişi aslan ilidir. Ehtiyatlı olmaq lazımdır, hər dəqiqə aslana cavab qaytarmamaq şərtdir. Bu, başın (xüsusilə də boyun nahiyəsinin) salamatlığı üçün çox vacibdir.

DAHA ÇOX OXU

export

Sosial şəbəkələrdə yayılan uşaqların görüntüsü ilə bağlı DİN-dən AÇIQLAMA

06/02/2023 19:09
export

Bir qrup gənc dağıntılar altında qalan vətəndaşı ələ saldılar – QALMAQALLI GÖRÜNTÜLƏR

06/02/2023 18:29
export

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

06/02/2023 17:43
export

Canlı yayım zamanı zəlzələ – Aparıcının soyuqqanlılığı gündəm oldu (VİDEO)

06/02/2023 17:36
export

“Şəbnəm sizi öldürəcək”

06/02/2023 17:20
export

Canlı yayımda kabus yaşadılar – Müxbir danışarkən arxasındakı bina uçdu (VİDEO)

06/02/2023 17:16
SON XƏBƏR

Manafın bahalı maşınları gündəm oldu

Xumar Qədimova ona hədiyyə edilən mənzilin açarından imtina etdi - VİDEO

“Qadağan etsəm də, məktəbə idman paltarı ilə getmişdi” - Şöbədə arvadını öldürən polis

Xəbər lenti

Putin Ərdoğana başsalığı verdi

06/02/2023 19:50

Çorumda zəlzələ anı.. Vətəndaşlar özlərini ÇÖLƏ ATDILAR

06/02/2023 19:35

Xəstəxana binası qismən çökdü: Körpələr və anaları reanimasiyada çarəsiz vəziyyətdə – FOTO

06/02/2023 19:18

Sosial şəbəkələrdə yayılan uşaqların görüntüsü ilə bağlı DİN-dən AÇIQLAMA

06/02/2023 19:09

Hacı Surxay başsağlığı verdi

06/02/2023 19:01

Süni zəlzələləri kimlər və necə yaradır? – Türkiyəyə qarşı tektonik silah işə düşdü?

06/02/2023 18:39

Bir qrup gənc dağıntılar altında qalan vətəndaşı ələ saldılar – QALMAQALLI GÖRÜNTÜLƏR

06/02/2023 18:29

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

06/02/2023 17:43

Canlı yayım zamanı zəlzələ – Aparıcının soyuqqanlılığı gündəm oldu (VİDEO)

06/02/2023 17:36

“Şəbnəm sizi öldürəcək”

06/02/2023 17:20

Canlı yayımda kabus yaşadılar – Müxbir danışarkən arxasındakı bina uçdu (VİDEO)

06/02/2023 17:16

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:49

Şöbə müdiri mediaya vergi güzəştlərinin tətbiq edilməsindən DANIŞDI

06/02/2023 16:44

Dağıntılar altından xilas edilən azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:34

Səfirliyimizə hücumun YENİ GÖRÜNTÜLƏRİ- İran polisi maşına minərək qaçır – ANBAAN VİDEO

06/02/2023 16:30

“Xilasetmə və axtarış işləri sürətlə davam edir”- Türkiyəli jurnalist

06/02/2023 16:27

Vasif Tağıyev avtomat terrorçunun əlində ikən darağı çıxarıb – YENİ TƏFƏRRÜAT

06/02/2023 16:22

İrandakı səfirliyimizdə törədilən terror aktının – Təfərrüatı

06/02/2023 16:05

Türkiyədəki azərbaycanlılar bu nömrələrlə əlaqə saxlasınlar- Siyahı

06/02/2023 15:43

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

06/02/2023 15:30

Türkiyədəki zəlzələdə azərbaycanlılar da xəsarət alıblar

06/02/2023 15:30

Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək- VİDEO

06/02/2023 15:19

Türkiyəli media rəhbərindən ÇAĞIRIŞ: “Vəziyyət çox kritikdir, böyük köməyə ehtiyac var”

06/02/2023 14:58

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

06/02/2023 14:57

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.