Cümə axşamı, 26 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Videoişverənliyin vacibliyi

Samir Sarı
04/11/2021 10:23
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Tanrı videoregistratoru icad edən kişinin atasına rəhmət eləsin, çox vacib iş görüb.

Əslində mobil telefonlara videokamera quraşdıranların da atasına rəhmət düşür, amma bəzən telefonlarla şantaj məqsədli çəkilişlər edilir deyə, bu xüsusda “nəhlət” oxuyanlarla rəhmət diləyənlərin arasında balans var, 50:50-yədir.

Avtomobillərin alın şüşəsinə içəridən yapışdırılmş videoregistrator isə hər şeyi qərəzsiz, operativ və obyektiv şəkildə çəkir, yollarda baş verən hadisələri güzgü kimi göstərir.

İndiki gənclər bilməz, 7-8 il qabaq bir əməkdaşımızın döyülməsini məhz videoregistrator qeydə almışdı. Əhvalat belə olmuşdu: əməkdaşımız kirayədə qaldığı evin qarşısında saxladığı avtomobilini işə salandan bir-iki dəqiqə sonra idmançı görkəmli, cantaraq bir gədə onu nəsə soruşmaq adıyla çağırır. Əməkdaşımız maşından düşüb ona yaxınlaşır və gözləmədiyi halda həmin o medal üzünə həsrət, amma bir neçə fənd bilən yarımçıq idmançı bunu qaldırıb yerə çırpır, təpikləyir və hadisə yerindən qaçır. Adamın ağlına da gəlmir ki, maşının videoregistratoru hər şeyi necə var, qeydə alır.

Vallahi, o lentlər olmasaydı, bu işin üstü ört-basdır ediləcəkdi. Şahid yox, bir şey yox. Deyəcəkdilər ki, naməlum şəxs tərəfindən döyülüb. Hamı da elə biləcəkdi ki, dava qız üstündə olub. Düzdür, sonuncu versiyanı dilə gətirənlər tapılmışdı, amma yerimədi. Çünki videoregistratorun qeydə aldığı kadrlar yayılandan sonra hüquq-mühafizə orqanlar kəlpeysər idmançını yaxaladılar, basdılar içəri. O da söhbəti qız üstünə fırlatmaq istəyəndə məlum oldu ki, adamın qız qohumlarıyla əməkdaşımızın yaxından, uzaqdan heç bir əlaqəsi olmayıb. Nəticədə adamı yazıq günə qoydular…

Yəni daşdan keçən videokadrlar prosesin məcrasını dəyişdi.

İndi elə çıxmasın ki, müəllif burada videregistrator reklamı aparır. Xeyr. Bugünlərdə videokadr lentə alan cihazların necə faydalı olması bir daha təsdiqləndi.

Qarşı yola çıxan və hərəkət axınının əksinə irəliləyən avtomobil sürücüsünün – gənc oğlanın ona irad tutan başqa sürücüyə gər-gər, təşər-təşər “yaxşı edirəm” dediyi videokadrları görmüsüz yəqin. O kadrların yayılmasından sonra adamı tutub 100 manat cərimə ediblər, passivinə də 4 bal yazıblar. Amma o kadrlar olmasa, ona kim nə deyəcəkdi? Heç kim. Tutulmayan oğru, xandan, bəydən doğru.

Belələri şəhərin küçələrində qarışqa kimi qaynaşır, hər 5-6 saniyədən bir qanun-qayda gözləyən sürücülərin önünə çıxırlar. Bəziləri hətta stasionar kameraların “gözü önündə” qaydaları pozur, şütüyüb gedirlər. O kameraların da dili yox, ağzı yox, gedib kiməsə şikayət eləmirlər, bəd ayaqda avtoxuliqanlar onlara baxan adamlarla da dil tapa bilirlər. Amma şikayət edən, bu videokadrları ictimailəşdirən olanda heç kəs işin içindən sıyrıla bilmir, layiq olduğu cəzanı yeyir, qazı, köpü alınır.

Dediyim odur ki, yol hərəkətinin qayda-qanun sevən iştirakçıları videoişverənlik işini inkişaf etdirməlidirlər. Çoxunun avtomobilində video qeyd edən cihazlar var, o cihazlardan səmərəli, ictimai mənafeyə uyğun şəkildə istifadə etmək, qeydə alınmış qayda pozuntularını lazımi orqanlara vaxtında çatdırmaq, arxasında durmaq lazımdır.

Bu, ümumi işə çox fayda verər. Hərəmiz bir avtoxuliqanı, harın, qudurğan sürücünü ifşa eləsək, yollarda ölümsaçan manevrlər edən, süpürgəçiləri, yol keçənləri vurub aşıran sürücülərin sayı azalar. Elə sürətli yolların icazə verilməyən yerlərində yolu qaçaraq keçməyə çalışan piyadalar da özlərini videolarda görəndən sonra özlərinə yığışarlar.

Avropa ölkələrindən danışanda həsəd apara-apara ordakı qayda-qanuna necə dəqiq riayət edilməsindən bəhs edirik ha, bax, onlar bir-birinin neqativ hərəkətlərindən şikayət edə-edə bu duruma gəliblər. Heç nəyə göz yummurlar. Şikayətçi qonşunun əlindən heç kəs evdə arvadını ürəyi istəyən kimi çırpa bilmir. Dərhal bir zəng, polis qapıdadır. Yollarda da eləcə.

Yoxsa bizdə ümumi işlərdən ötrü ora-bura şikayət edənlərin üstünə “işverən” adı qoyurlar. Son nəticədə xroniki qayda pozucusu cəzasız qalır və bir gün gəlib ondan “iş verməyən”in belindən keçir.

DAHA ÇOX OXU

Rəqəmlər balet oynayanda
Köşə

Texniki inkişaf

26/05/2022
II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar
Köşə

II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar

26/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Çörəyini ayaqlayanlar

25/05/2022
Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?
Köşə

Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?

25/05/2022
4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu
Köşə

4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu

25/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

“Yaxşı” separatçının abidəsi

24/05/2022
SON XƏBƏR
Azərbaycan Prezidenti: “Hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq”

Azərbaycan Prezidenti: "Hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq"

İşsizlərin nəzərinə! Dövlət boş iş yerlərini açıqladı – 2500 AZN maaş

İşsizlərin nəzərinə! Dövlət boş iş yerlərini açıqladı - 2500 AZN maaş

Azərbaycanda dəhşət: Kişi bibisini çəkiclə öldürüb, damarını kəsdi – VİDEO

Azərbaycanda dəhşət: Kişi bibisini çəkiclə öldürüb, damarını kəsdi - VİDEO

Xəbər lenti

Türkiyə aviasiyası terrorçuları bombardman edib

Türkiyə aviasiyası terrorçuları bombardman edib

2022/05/26 20:36

İsrail Prezidenti İlham Əliyevə zəng edib

İsrail Prezidenti İlham Əliyevə zəng edib

2022/05/26 19:58

MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib – FOTO

MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib – FOTO

2022/05/26 19:42

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

2022/05/26 17:52

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

2022/05/26 17:44

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

2022/05/26 17:42

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

2022/05/26 17:18

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

2022/05/26 16:56

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

2022/05/26 16:40

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

2022/05/26 16:38

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

2022/05/26 16:34

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

2022/05/26 15:44

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

2022/05/26 15:29

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

2022/05/26 15:19

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

2022/05/26 15:04

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

2022/05/26 14:57

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

2022/05/26 14:55

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

2022/05/26 14:42

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

2022/05/26 14:16

Müdafiə Nazirliyindən Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA

5 min nəfərə “Müharibə veteranı” adı veriləcək

2022/05/26 13:57

Şəhid anası NALƏ ÇƏKDİ: “Kömək edin, balama verilən evi…” – VİDEOMÜSAHİBƏ

2022/05/26 13:34

Hadrutda televiziya stansiyası istismara veriləcək

Hadrutda televiziya stansiyası istismara veriləcək

2022/05/26 13:31

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

2022/05/26 13:25

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

2022/05/26 13:18

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.