44 günlük müharibənin 10-cu ayında ermənilər döyüş meydanından daha 3 meyit (oxu: qalıqlarını) tapıb apardılar. Bununla da təkcə 13 noyabrdan indiyədək yığdıqları cəsədlərin sayı 1637 olub! Hələ də axtarırlar, it-bata düşənlərin nə sayını bilirlər, nə hesabını…

Ötən ilin oktyabrında mətbuat yazırdı ki, Ermənistandakı morqlar meyitlərlə doludur. Bu gün də ermənilər İrəvandakı Yerablur hərbi məzarlığında boş yer tapmağın çətinləşdiyindən yazır.

Təkcə bu da deyil. 2021-ci ilin ilk yarım ilində Ermənistanı birdəfəlik tərk edənlərin sayı 80 mini keçib. Rus sülhməramlılarının Qarabağa zorla daşıyıb gətirdiyi ermənilər də imkan düşən kimi aradan çıxırlar.

Yəni vəziyyət bu dərəcədə kritikdir ermənilər üçün… Üstəlik, Xankəndi erməniləri “su” deyib mələyirlər. 30 il ərzində Sərsəng su anbarının qabağını kəsib (elə indi də eyni vəziyyətdir, AŞ PA-nın müvafiq qətnaməsinin olmasına baxmayaraq-E.P. ), Tərtərçayını su üzünə həsrət qoyan erməni quldurlar bu gün Azərbaycanı ittiham edəcək qədər həyasızlıq edirlər!

Di gəl, ölüm ayağında da xain, iblis davranışlarından əl çəkmirlər! Bizi ittiham edirlər. Amma kimsə bu zatıqırıqlardan soruşmur ki, Azərbaycanın ayrılmaz hissəsi olan Xankəndidə su sayğaclarını kim quraşdırıb, ya haykanuşların istifadə etdiyi suya görə, ödəniş kimə, hansı quruma edilir? Azərbaycan bölgədə rus sülhməramlılarının yerləşdirilməsinə ona görə razılaşmayıb ki, buradakı erməni silahlıları istədiyi vaxt silahı götürüb tətiyi bassınlar.

Barəsində İnterpol xətti ilə axtarış elan olunmuş baş terrorçu Araik Arutyunyan terrorizmi maliyyələşdirən “Hayastan” fondunun pulu ilə Xocalıda qanunsuz olaraq evlər tikdirir. “Hayastan”ın prezidenti Ayk Arşamyan Ermənistan prezidenti Armen Sarkisyanla görüş zamanı deyib ki, yaxın illərdə Xocalı qəsəbəsi və Xankəndi şəhərində 817 mənzil və 290 fərdi yaşayış evi istifadəyə veriləcək. 2022-ci ilin sonuna qədər 457 ailənin Xocalıda yerləşdirilməsi gözlənilir. Hadrut erməniləri üçün Xocalıda 90 ədəd 4 otaqlı fərdi evin inşası planlaşdırılır. Bundan başqa, Ermənistan hökumətinin maliyyə vəsaiti hesabına Xocalıda 180 mənzildən ibarət 9 binanın inşası gözlənilir. Qarabağ erməniləri rədd olub gedirsə, bu evlər kimə tikilir? Yenə Suriya, Livandan daşıyacaqlar?!

Xocalıda ev tikmək Azərbaycanın heysiyyəti ilə oynamaqdır! 2019-cu ilin avqustunda Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” dediyi var idi e, məhz ona bənzər bir təxribat! Azərbaycan Prezidenti çıxışlarında daim bildirir ki, düşmən üzərində qələbə qazansaq da, Xocalı soyqırımını heç zaman unuda bilmərik! Bu, həm də Xocalının nə qədər ciddi məsələ olduğu barədə milli yaddaşımızı təzələmək üçün verilən kursdur. Həm də Xocalıya qayıdışımızın mütləq olduğunu deyir Ali Baş Komandan! Bugünlərdə Milli Məclis sədri də İran parlamentinin Xocalı soyqırımını rəsmən tanıması barədə Tehranda məsələ qaldırdı. Yəni bizim qan yaddaşımız olan Xocalıya toxunmaq, orada meymunluq etmək cəzasız qalmayacaq. Araik unudubmu, oyuncaq “parlamenti” Şuşaya köçürmək istəyinin nəticəsini?! Serj Sərkisyan Xocalı aeroportuna enəcək ilk sərnişin olacaqdı, hanı? İndi yenə də aeroport söhbəti edirlər. Qaşınırlar… Deyəsən, Azərbaycanın bu işi tam şəkildə başa çatdırmasını sürətləndirmək istəyirlər…

Rusların kölgəsində gizlənən erməni quldurlar yenidən heysiyyətimizlə oynamağa çalışırlar, bizi təxribata çəkirlər! Bunlar 30 il ərzində Qarabağda daşı-daş üstə qoymadılar, indi nə oldu Xocalını tikməyə başladılar! 613 dinc sakinimizin qətlə yetirildiyi, minlərlə insanın didərgin salındığı, itkin düşdüyü şəhid şəhərdə nə ölümü var erməni canilərinin?! Əminəm ki, dövlətimiz də mövcud vəziyyəti ciddi şəkildə təhlil edir və cavab çox gecikməyəcək! Kəsəsi, Xocalıda qanunsuz ev tikən erməni əslində özünə gor qazır. Sonra da burdakı quldurların qalıqlarını axtaracaqlar…

Erməni quldurlar cavablarını almadıqca quduzlaşırlar. Son bir neçə gün ərzindəki davranışlarına baxın, görün nə iddia edirlər. “Azərbaycan Silahlı Qüvvələrinin Şuşa rayonunun Xin Şen (əslində Kiçik Qaladərəsi – E.P.) icması yaxınlığındakı bir təpədə yerləşən bazası mülki əhalinin həyatı, fiziki və əqli toxunulmazlığı üçün bilavasitə və danılmaz təhlükə yaradır”. Bunu Xankəndindəki qondarma separatçı-terrorçu erməni rejiminin “ombudsman”ı Qegam Stepanyan iddia edib.

Bunlar Azərbaycan hökumətinin ərazidə “Azercell” mobil rabitə qülləsini yerləşdirməsinə belə, burun soxurlar. 11 avqustda isə xəbər yayıblar ki, Azərbaycan Ordusu pilotsuz döyüş aparatları ilə “erməni özünümüdafiə ordusunun mövqelərinə” zərbələr endirib. Gör nə qədər həyasızlaşıblar ki, Qarabağda “ordu” saxladıqlarını bəyan edirlər. Bununla da Azərbaycana antiterror əməliyyatı keçirmək üçün özləri əsas verirlər, beynəlxalq hüququ bir kənara qoysaq!

O tərəfdə – Basarkeçərdə də erməni donuzlar donquldanmağa başlayıb ki, bəs kəndin yaxınlığındakı Azərbaycan hərbçiləri musiqi səsləndirir, yata bilmirlər. Yata bilmirsiniz, cəhənnəm olun, gedin o yanda yatın, məsələn, Kaliforniyada, Marseldə…