Medianews.az
14 yaşlı yeniyetmənin başına daş piltəsinin düşmə anı - VİDEO
450 baxış

14 yaşlı yeniyetmənin başına daş piltəsinin düşmə anı - VİDEO

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb. APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb. Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb. Ağır kəllə-beyin travması alan Ə. Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-ya verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır. Qeyd edək ki 14 yaşlı yeniyetmənin başına daş piltənin düşdüyü an müşahidə kameralarına düşüb. Həmin görüntüləri təqdim edirik.

Bizə qoşulun