Buna 21-ci əsrin ədalətsizliyi də demək olar! Bayden dünya erməniçiliyini məmnun etdi, erməni lobbisinin əlində oyuncağa çevrildiyini göstərdi.

Ağ Evə sahiblənəndən sonra onun dəfələrlə təyyarə trapında yıxılması gülməli deyildi, amma tarixdə olmayanı olan kimi qəbul edib də, dünyaya “yedirtməyə” çalışmaq çox böyük ayıb oldu ki, qoca Co buna qol qoydu.

106 il əvvəlin tarixindən “xəbər verən” Bayden barı ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan dövrünü (1981-89) vərəqləsəydi… O vaxt Ağ Ev sahibi araşdırmalar aparılmasına tapşırıq verəndən sonra necə böyük yanlışlığa yol verdiyini anlamışdı. Əlahəzrət fakt ortada. Reyqanın məsləhətçisi olmuş Bryus Feysn yazırdı: “O zaman Reyqan bizə “erməni soyqırımı”nı araşdırmağı tapşırmışdı….Birinci Dünya müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdılar və Osmanlı İmperiyasının düşməninə sığındılar. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin-çiyinə vuruşurdu. Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdülər. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi. Hər şeyə rəğmən Türkiyə tərəfi bizə öz arxivlərindən istifadəyə icazə verdi, amma ermənilər öz arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər. Mənim fikrimcə, əgər bu arxivləri açmağı bacarsaq, həqiqət üzə çıxacaq. O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaqlar”.

Bu etiraflardan sonra nə qədər simasız, riyakar olasan ki, erməni felinə uyasan, qos-qocaman Türk millətini, nəhəng imperiyanı “soyqırım”da günahlandırasan?! Amma o, bu əclaflığa getdi, nəyin qarşılığında, hələlik demək çətindir, amma təxminlər kifayət qədərdir…

Okeanın o tayından atılan “soyqırım” sümüyü

Ermənistanda “Soros uşaqları” hakimiyyətdədir. Nikol Paşinyanın kapitulyasiyaya imza atmasından sonra mövcud olan reytinqi digər rəqiblərini üstələsə də, 20 iyun seçkilərində asanlıqla qalib gəlməyə yetərli deyil. Kəsəsi, “tikan üstündə” oturub “Soros uşaqları”. Bu durumda Paşinyanın əlini gücləndirəcək təkan lazım idi, Bayden də bunu ondan əsirgəmədi. Və “soyqırım” şousunun sədaları altında Nikol seçkiöncəsi istefaya getdi. Qarabağda məğlub olan hakimiyyət erməni kilsəsi və erməni diasporu qarşısında günahını bu şəkildə yudu-ABŞ prezidentindən “soyqırım” ifadəsini qopartdığına görə.

Gəlin görək Co Bayden bununla ermənilərə yaxşılıqmı etdi? Beyinləri kiflənmiş, zəhərlənmiş ermənilər belə zənn edə bilərlər. Onlar qələbə eyforiyasındadırlar, ancaq bir az sonra ayılacaqlar ki, Baydenin bir kəlməsi Ermənistanın dalanda qalmasına rəvac verib. Amma zaman gələcək erməni xalqının sağalan kəsimi “soyqırım” alverilə məşğul olanları lənətləyəcək…

Bu gün ermənilər üçün də tarixi şans yaranıb. Qarabağ zəfərindən sonra Azərbaycan və Türkiyə prezidentləri davamlı şəkildə regional əməkdaşlığa hazır olduqlarını bəyan ediblər. Prezident İlham Əliyev Ermənistanın da yer ala biləcəyi əməkdaşlıq formatını təklif edib, “altılar” şəklində. Zəngəzur dəhlizinin, digər kommunikasiyaların açılması Ermənistan üçün də xilas yoludur. Bu proseslərin davamı kimi Türkiyə-Ermənistan sərhədlərinin açılması da gündəmə gələcəkdi heç şübhəsiz. Ancaq belə bir məqamda Bayden “erməni soyqırımı” ifadəsilə prosesləri tormozlayan mövqeyini ortaya qoydu.

Donald Tramp “dəli”, onun milli təhlükəsizlik üzrə müşaviri Con Bolton “qırğı” adlandırılsalar da, erməni yalanlarına qoşulmağı özlərinə rəva görmədilər. Hətta 2018-ci ildə Bolton İrəvanda olarkən erməniləri “tarixi şablonlardan imtina”ya çağırdı. Amma Tramp komandasını saxtakar adlandırılan Bolton ən böyük tarixi saxtakarlığa imza atdı, ermənilərə “davam edin” mesajını verdi. Hansı ki, Ermənistanda tək-tək də olsa, Türkiyə və Azərbaycanla “dil tapıb” yaşamağın zəruriliyini qəbul edənlər ortaya çıxırdı. ABŞ-ın lideri “soyqırım” sözünü sümük kimi onların qabağına atmaqla dolayısı ilə dedi ki, “yox, sizə elə maşa olmaq yaraşır, öz statusunuzda qalın, qonşularla düşmənçiliyi davam etdirin”.

Okeanın o tayından atılan “soyqırım” sümüyü

Heç şübhəsiz bu saxtakarlıq, tarixi təhrif etmə qərarı türkə, Türkiyəyə nifrətdən irəli gəlir. Bu, yeni dava deyil, əsrlərdir davam edən nifrətin növbəti dəfə üzə çıxmasıdır. Söhbət təkcə ABŞ başda olmaqla, Qərb dünyasının Türkə düşmənçiliyi yeni məsələ deyil ki. Ötən əsrin əvvəllərində Türkiyə və Azərbaycan ərazisində, tarixi Türk torpaqlarında Ermənistan adlı qondarma dövlət yaradanlar, hətta Azərbaycan Xalq Cümhuriyyətinin tanınması üçün Paris yolçuluğuna çıxan qurucularımıza viza belə, vermək istəməyənlər, zəif düşmüş Türkiyəyə Sevr Müqaviləsini imzalatdırmaqla, ermənilərə 150 min kv.km-lik (!) ərazi verməkdə israrlı olan imperialist paytaxtlar heç dəyişmədilər. Yenə eyni dalğa, eyni koordinat…2016-cı ildə FETÖ projesini işə saldılar, qos-qocaman Türkiyəni yıxa bilmədilər. F-35 cığallığına əl atdılar, yunanları qızışdırdılar, PKK-PYD-ni silahlandırdılar, Türkiyəni “ürəyindən” vurmaq üçün hər alçaqlığa getdilər. Amma bütün planları pozuldu, ayaqda qaldı Türkiyə, TURAN-a doğru addımladı, Azərbaycanın Qarabağ zəfərinə önəmli dəstək verdi qardaş ölkə!

ABŞ saxta iddianı tanımaqla faktiki olaraq Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlamasına da dəstək verdiyini nümayiş etdirmiş oldu. Əks təqdirdə, 44 günlük savaş nəticəsində burnu ovulan işğalçını ayağa qaldırmaq üçün cəhd göstərməzdi. Təsəvvür edin, yenidən toparlanmaq istəyən faşizmə “süni nəfəs” verir dünyanın antiterror koalisiyasının önəmli ölkəsi. Hansı ki, erməni terrorundan ən çox əziyyət çəkən Türkiyə və Azərbaycandır. 1918-ci ildə ermənilərin yüz minlərlə azərbaycanlını qırmasına kor olan, Xocalı soyqırımını görməzdən gələnlər erməni yalanlarına alət olurlar rahatca. Bununla da bölgəni yenidən alovlandırmaq istəyirlər, proseslərdən kənarda qalan paytaxtlar. Onlara qan lazımdır, təzə qan. Əfqanıstanda, İraqda, Suriyada içdilər, doymadılar…

Türkiyə erməniləri necə “soyqırım” edib ki, bu gün Ermənistanda bir türk yaşamadığı halda, Türkiyənin 70 min erməni vətəndaşı var, hələ soyadını dəyişənləri, 100 min miqrantı demirik. Bir neçə il əvvəl İstanbulun Kadıköyündə həmsöhbət olduğum erməni “soyqırım olsaydı, mənim dədələrim burda rahat yaşamazdılar”, söylədi. Erməni tarixçiləri özləri belə bu yalanları alt-üst edib zamanında.

Ən başlıcası, Türkiyə dövləti dəfələrlə “buyurun, arxivlər üzünüzə açıqdır”, deyir. Amma kimdir arxivlə maraqlanan, onların öz “havası” var. Heç şübhəsiz Baydenin məkrli mövqeyində Ermənistanı Rusiyanın əlindən almaq qəsdi də var. Barak Obama 2009-cu ildə Sürix protokollarını reallaşdırmaq üçün hərəkətə keçmişdi, Türkiyənin Ermənistanla qapılarını açması üçün əlindən gələni edirdi. Azərbaycan torpaqlarını işğalda saxlayan erməniləri xilas üçün canfəşanlıq edirdilər. O zaman bu plan baş tutmadı. Təkcə Azərbaycan yox, həm də Rusiya məmnun oldu, Ermənistan Qərbə üz çevirə bilmədiyi üçün. Bugünsə Bayden Rusiyadan incik düşən erməniləri qamarlamaq üçün hərəkətə keçib, Rusiyanın cavabı maraqlıdır.

Okeanın o tayından atılan “soyqırım” sümüyü

ABŞ-ın bu ədalətsizliyinin qarşılığında Azərbaycan və Türkiyə növbəti dəfə bir yerdə olduqlarını nümayiş etdirdilər. Prezidentlərimiz, xarici işlər nazirləri, parlament sədrləri, ictimai-siyasi təşkilatlar, sadə vətəndaşlar BİRLİK nümayiş etdirdi, Türkiyə-Azərbaycan bayraqlarına bürünüb sosial şəbəkələr, 44 günlük savaşda olduğu kimi. Zəfərimizi sinirə bilməyənlərlə işimiz bitmədi, qarşıda hər cür xəyanətkar planlar ola bilər, Türkün birliyi məkrli niyyətlərin pozulması üçün əsas şərtdir. Hər halda oyun bitdi, daha bundan sonra “deyəcək, deməyəcək” müzakirələrinə ehtiyac qalmayacaq. Dedi, tanıdıq iç üzünü. Ötən əsrin əvvəllərində Osmanlını ordu saxlamaqdan belə, məhrum etmək istəyənlər bu gün erməni faşizmini dirçəltmək üçün hərəkətə keçiblər, ayıqlığımızı itirməməliyik!