Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti

Vahid Qazi
26/04/2021 11:27
2
BAXIŞ
FacebookTwitterTelegram

Erməni məsələsi bir-birinə rəqib, hətta düşmən dövlətləri birləşdirən maraq nöqtəsidir. Rusiya, ABŞ, Fransa, İran və s. kimi. 1915-ci il olaylarına “soyqırım” deməklə Co Bayden təzə bir iş görmür, sələfi Vudro Vilsonun 100 il qabaq başlatdığı siyasəti davam etdirir.

“Qəsb olunmuş Ermənistan” (“Ravished Armenia”) adlı film 1919-cu ildə ABŞ-da çəkilib. Amerikaya yenicə gələn qaçqın ermənilərdə belə bir filmi çəkməyə heç pulu demirəm, hay nə gəzirdi.

Bəs bu filmi kim çəkib, nə məqsəd güdüb?

Vaşinqtona son səfərimdə dostum İrena Lasota mənə Günter Levinin “Osmanlı Türkiyəsində erməni qırğını: mübahisəli soyqırım” (Guenter Lewy. The Armenian Massacres in Ottoman Turkey: A Disputed Genocide) kitabını bağışlamışdı. Həmin kitabda müəllif yazır ki, ermənilərin Şərqi Anadoludan deportasiyası genosid siyasəti yox, müharibə dövründə düşmənlə separat işbirliyinin, üsyanların, türklərə edilən qətliamların qarşısını almaq məqsədi güdüb. Qətllər genosid xarakteri daşımayıb, çünki onları hökumətin təşkil etdiyi sübuta yetirilməyib: “Deportasiyanın həqiqətdə Türkiyə ermənilərinin qabaqcadan düşünülmüş plana əsasən qırmaq məqsədi daşıdığı bir çox aspektlərə və köçürmənin xüsusiyyətlərinə uyğun gəlmir”.

Məsələ orasındadır ki, Rusiyaya sərhəd bölgələrdə, şərqi və mərkəzi Anadoluda yaşayan ermənilər köçürülüb. İstanbul, İzmir və Hələb kimi şəhərlərdən ermənilər deportasiya edilməyib. Ölkənin dəmiryolu olmayan şərq rayonlarından piyada köçürmə zamanı yolda ölənlər heç bir vəchlə soyqırımı prinsiplərinə uyğun deyil. “Osmanlı hökuməti nizamlı proses təşkil etmək istədi, ancaq onu həyata keçirmək üçün vasitəsi yox idi”.

Başqa bölmədə o, Çarlz Dovset və Malkolm E.Yapp (Charles Dowsett, Malcolm E.Yapp) kimi tarixçilərin mənbələrinə, ABŞ-ın Paris Sülh Konfransında Yaxın Şərq üzrə rəsmisi Corc Montqomerinin (George Montgomery) cədvəllərinə, həmçinin İstanbuldakı Erməni Milli Şurasının rəqəmlərinə əsaslanaraq sübut edir ki, həmin dövrdə ölənlərin sayı iddia edildiyi kimi, milyon yarım olmayıb. “Həmin dövrdə heç bir ölüm statistikası mövcud deyildi”.

Bu kitabda ən vacib məqamlardan biri də Henri Morgentaunun məktublarıdır. 1912-ci ildə Vudro Vilsonun prezident seçkiləri kampaniyasına rəhbərlik etmiş Henry Morgenthau 1913-cü ilin noyabrından 1916-cı ilin fevralınadək İstanbulda ABŞ-ın səfiri olmuş, eyni zamanda, Türkiyə ilə müharibə aparan Antantanın marağını təmsil etmişdi.

Morgentau ABŞ dövlətinin müharibə siyasətində qələbə çalmasına yardım etmək üçün öz təklifini prezident Vilsona 1917-ci il noyabrın 26-da yazdığı məktubla bildirir. Burada Morgentau müxalifət və müharibəylə bağlı ümidsizliyini ifadə edir və bu vəziyyətdə dəyişiklik yarada biləcək bir kitab dərc edə biləcəyini yazır:

“Elə bir kitab yazmaq istəyirəm ki, təkcə Almaniyanın Türkiyə və Balkanlara nüfuz etməsini deyil, eyni zamanda dünyanın istənilən ölkəsində meydana gələn bu tipli sistemi faş edə bilim. Türkiyəyə gəldikdə, burada biz Almaniyanın ən zəhərli halda ziyanlı təsirini görürük – bu isə yaşından asılı olmayaraq hər bir kəsin qətlə yetirilməsində, köməksiz erməni və suriyalıların dəhşətli şəkildə öldürülməsində kulminasiya nöqtəsinə çatdı. Bu əhvalatın belə bir ayrıca detalı və Almaniyanın bu işi təşviq etməsinə gəlincə, düşünürəm ki, kiçik şəhərlərdə və rayonlarda yaşayan amerikalılara müraciət onları nəticəsi qələbə olacaq müharibə aparmaq siyasətinə inandırmağın ən uğurlu vasitəsi olardı”

Burada erməni qırğınlarının miqyası və mahiyyəti qəsdən təhrif olunur. Türkiyənin, xüsusilə Almaniyanın düşmən obrazı ABŞ hökumətinin okeanın o tayında müharibə siyasətinə bəraət qazandırmış olur.

Təklif qəbul edilir və sonralar ermənilərin erməni soyqırımına görə istinad edəcəkləri əsas sənəd 1918-ci ildə “Səfir Morgentaunun xatirələri” (“Ambassador Morgenthau’s Story”) adlı kitab şəklində nəşr olunur. Onun bu təklifi sonralar başqa ölkələrə münasibətdə də təzyiq siyasəti kimi istifadə olunan yeni üsula, “soyqırımı” terminli siyasi oyun alətinə çevrildi.

Yuxarıda söz açdığım filmin nə məqsədlə çəkilib? Bu suala ABŞ diplomatı Henri Morgentau filmə baş rollardan birinə çəkilməsiylə özü aydın cavab verir.

DAHA ÇOX OXU

Flash

Aramın arzusu – İlqar Rəsuldan HEKAYƏ

26/01/2023 10:02
Flash

Dəniz atları – HEKAYƏ

25/01/2023 13:02
Analiz

Xankəndinin “sirləri” açılır, proses qəlizləşir: “Fransız Dartanyan” erməni Vardanyanı niyə vurdu

08/01/2023 19:20
1-MANŞET

Xankəndi mağazalarında Azərbaycan məhsulları – Manatla alış-veriş: VİDEO

04/01/2023 15:18
Flash

Onların fəalları qətliamı qınamırlar, bizim fəallar isə…

28/12/2022 10:02
Flash

Xəritədə axtardığımız Göyçə gölünə binoklsuz baxmaq səadəti

28/12/2022 10:01
SON XƏBƏR

Abşeronda fəhlənin 14-cü mərtəbədən yıxılaraq ölməsi ilə bağlı açıqlama

Pandemiya nə vaxt bitəcək? - Bill Qeyts AÇIQLADI

Hüseynbala Mirələmovla görüntüləri yayılan qadın da YAP-dan çıxarıldı

Xəbər lenti

Zaur Tünzalənin son xahişini gerçəkləşdirdi – VİDEO

29/01/2023 14:00

Bunu etməyənlər aprelin 1-dən 12 min manat CƏRİMƏLƏNƏCƏK

29/01/2023 13:54

Tanınmış klarnet ifaçısı VƏFAT ETDİ

29/01/2023 13:47

Sabahın havası AÇIQLANDI

29/01/2023 13:45

Azərbaycanlı kriminal avtoritet şok ittihamla TUTULDU

29/01/2023 13:39

“Çukur”un aktyorundan Şahruddinə: “Qabağa qaçma” – VİDEO

29/01/2023 13:31

Azərbaycanda ər arvadını döyərək ayağını sındırıb

29/01/2023 13:30

Azərbaycanda “kupça”larla bağlı YENİLİK – Bundan sonra… – VİDEO

29/01/2023 13:27

Emma yaşadığı binadan ŞİKAYƏTLƏNDİ: “Su gəlmir, işıq yoxdur, lift işləmir” – FOTO

29/01/2023 13:07

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı FOTOSU

29/01/2023 12:30

Azərbaycanda sabiq yüksək vəzifəli şəxs VƏFAT ETDİ

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı – Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.